Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Qabil Hüseynlinin oğlu möhtəşəm KONSERT verdi



“Əminəm ki, o dünyada Azərbaycanın başını uca edəcək” 

 Prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatı, Köln Musiqi Akademiyasının məzunu, Motsarteum Zalsburq Unibersitetinin doktorantı Toğrul Hüseynli Azərbaycan Dövlət Filarmoniyasında solo konsert verib. Qeyd edək ki, Toğrul Hüseynli politoloq Qabil Hüseynlinin oğludur. Anşlaqla keçən konsert proqramında bir sıra Avropa klassik bəstəkarlarının əsərləri ifa olunub. Gənc pianoçu İohan Sebastyan Baxın "İki saylı kontatadan çapon" , Frederik Şopenin 2 saylı sonatadan "Seromin nino-4 hissəli matəm marşı", " Sonata sivino"", Azərbaycan bəstəkarlarından Tofiq Quliyevin "Qaytağı" əsərlərini ifa edib. 

Toğrul Hüseynli Cebhe.info-ya açıqlamasında yaradıcılıq fəaliyyətinin əsas məqsədinin Azərbaycanın adını dünyada ucaltmaq olduğunu deyib: "Mən altı illik təhsilim müddətində Almaniyanın, o cümlədən Avropanın bir sıra böyük səhnələrində çıxış etmişəm. İnanıram ki, bu konsertlər xarici ölkələrdə olduğu kimi doğma vətənim Azərbaycanda da davam edəcək. Solo ifa karyeramı daha da inkişaf etdirərək dünya miqyasına çıxardacağına əminəm". 

Toğrul Hüseynli bildirdi ki, yaradıcılıq fəaliyyətində Azərbaycan bəstəkarlarından Qara Qarayevin, Tofiq Quliyevin, Fikrət Əmirovun da əsərlərinə müraciət edir. 
İstedadlı pianoçunun atası Qabil Hüseynli də cebhe.info-ya oğlunun ifaçılıq sənətinin Azərbaycana xidmət edəcəyini deyib: "Toğrul indiyə qədər verdiyi konsertlərdən ən uğurlusunu keçirdi. Tamaşaçıların zaldakı əks-sədası da bunu sübut etdi. Toğrul Hüseynli öz peşəsində xeyli püxtələşib. O, artıq bu sənətin zirvələrinə doğru inamla addımlayır. Mən əminəm ki, o dünya ölkələrində Azərbaycanın başını uca edəcək və vətənimiz üçün incəsənət sahəsində yeni uğurlar qazandıracaq".

Elman

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений