Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Qadın deyib keçməyin: Prezident ölkəni işgəncə maraqlısı xanıma tapşırdı: “Əl-Qaidə”yə qan uddurub



ABŞ-da Dövlət Departamenti və CİA rəhbərliyindəki dəyişiklilər gündəmdə olduğu bir zamanda bu qurumun iş prinsiplərində dəyişiklik olub-olmayacağı maraq doğurur. 

Cebhe.info xarici mətbuata istinadən bildirir ki, dövlət katibi postunu tutacaq Mayk Pompeonu CİA başqanı vəzifəsində əvəz edəcək qadın Gina Haspellə bağlı maraqlı iddialar ortaya atılıb. Onun “waterboarding” adlandırılan su işgəncəsinə dəstək verdiyi deyilir.

CİA-nın keçmiş rəhbəri Mayk Pompeonun da işgəncə həvəskarı olduğuna dair iddialar vardı. İndi isə yeni rəhbərin qadın olmasına baxmayaraq, Pompeodan heç də geri qalmadığı deyilir. Gina Haspelin adı Taylandda xidmətdə olduğu dönəmdə işgəncə iddialarına qarışıb. 2017-ci ildə CİA başqan köməkçisi vəzifəsinə gətirilən Haspellə bağlı “New York Times” qəzetində dərc edilən məqalədə deyilirdi ki, xanımın işgəncəylə dolu keçmişi var. Haspel Taylandda CİA mərkəzinə rəhbərlik etdiyi dönəmdə "Əl-Qaidə" üzvləri Əbu Zebeyd və Abdel Rahim əl-Neşirə qarşı işgəncə verdiyinə dair məlumatlar var. 

Ancaq onun da adının qarışdığı bu iddiaları təsdiqləyən videogörüntülər 2005-ci ilə qədər CİA arxivində saxlanılıb, daha sonra isə silinib.

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений