Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Qadını ilan sancdı 



Qışın oğlan çağında Cəlilabad rayonunun Hacıcavad kəndində ilansancma hadisəsi baş verib.

Report xəbər verir ki, kənd sakini Sevda İsrafilova təsərrüfatındakı ot bağlamalarını tövlədən bayıra çıxarmaq istərkən bağlamanın arasında olan ilan onun sol əl nahiyəsindən sancıb.

Zərərçəkmişin sözlərinə görə, o, əvvəlcə bunun arı olduğunu düşünüb. Lakin sonradan ot bağlamasının arasında ilanı görüb. Qadın yaxınları tərəfindən kənd məntəqəsinə, ordan isə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəyə ilan zəhərinə qarşı zərdab vurulub.

Hazırda xəstənin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений