Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

QADINLAR, DİQQƏT - Kosmetikada heyvan tullantısı tapılıb: Azərbaycan bazarının məşhur firması da siyahıda...



Qadınların çox istifadə etdiyi kosmetikalarda heyvanların bilolji tullantılarından istifadə edildiyi aşkarlanıb.

Cebhe.info xəbər verir ki, vəziyyəti Amerika polisinin Los-Ancelosda mağazalarda keçirdiyi reydlər ortaya çıxarıb.

Çox sayda saxta kosmetik məhsullar aşkar edilib. CNN-nin bu barədəki xəbərində bildirilir ki, 21 ticarət nöqtəsindən 700 min dollar dəyərində kosmetik məhsullar götürülüb. Ekspertiza istehlakçılardan daxil olan çoxsaylı şikayət əsasında aparılıb və məşhur firmaların adından istifadə edilməklə saxta məhsulların  hazırlandığı ortaya çıxıb.

Bunların sırasında ilk yeri Kye Cosmetics tutur. Bundan başqa Urban Decay, MAC və NARS frimalarının da saxta məhsullarına rastlanıb. 6 mağazanın sahibi saxlanılıb. Onların ticarət hüququna   məhkəmə vasitəsilə  qadağa qoyulub. 

Qeyd edək ki, Azərbaycan bazarında da xüsusilə MAC firmasına məxsus məhsullar çox satılır.

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений