Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Qalmaqallı filmin rejissoru ittihamlara cavab verdi: ”Əgər pul yemişəmsə…” - MÜSAHİBƏ



Son günlər adı qalmaqalda hallanan tanınmış rejissor Samir Kərimoğlu Cümhuriyət qəzetinə müsahibə verib. 

Cebhe.info həmin müsahibəni sizə təqdim edir:

-Samir bəy salam. Xoş gördük sizi. İstərdik ilk öncə hazırda gedən işlərinizdən danışaq. 
-Təşəkkür edirəm, xoş gördük. Yeni işlərimiz var. İki ssenari üzərində işləyirdik. Biri dram, digəri komediya idi və ele olduki bir neçə gün əvvəl, bir il bundan öncə proyektin özəyini goyduğumuz “Mübariz” filminin treyleri yayıldı və yapımcılar tərəfinnən rəsmi saytlarında rejissor olaraq mənim adım qeyd edildi. Həmin filmdə hərəkətlənmə olan kimi başladılar mənə qarşı qara kampaniyaya. Burda əsas başqa personalar var ki, aranı qızışdırmağa xidmət edirlər. O dırnaq arası adamlar ki, 4-5 il bunnan qabaq Samir onları adam edib, ortalığa çıxardıb. Bunun da məğzi şəxsi konfliktlərdən qaynaqlanır. Nədənsə son vaxtlar mən belə hadisələrlə tez-tez qarşılaşıram.Hz. Əli demişkən kimə ox atmağı oyrətdimsə ilk öncə məni nişan aldı və almağa dəvam edirlər.

-Film çəkilişlərindən danışardıq, əl-əlxsus da “Mahmud baba” filmindən. deyəsən İzləyicisi az oldu, niyə ?
-Biz standart olmayan film çəkdik. İstər görüntüsüylə, istər döyüşləriylə. (məsələn tryuklar zamanı Mahmud baba obrazında 7 dublyor istifadə olunmuşdu) Həmçinin bazarda olan ən son texnika ilə çəkildi (daha öncə hec bir filmdə istifadə olunmayan Phantom Flex kameralarından istifadə edildi) Filmdə əxlaqdan kənar heç bir şey yox idi. Ola bilər bu günə qədər Mahmud baba tam başqa cür tanınmışdı, soyüşkən məzəli bir baba kimi biz onu söyüşsiz təqdim etdik deyə insanlar qəbul elemədilər. Amma Mahmud yeganə film deyilki baxışı az olur. 10 filmdən 1-i qoyduğu sərmayədən çox qazanır, 2-si başa-baş, qalanları isə tutmaya bilər. İndi heç kim biz yüz faizli təminat verə bilməz ki, çəkdiyi film bazarda rekord bəyənmə qazanacaq. Hər bir film sifarişçisinə bu şərtlər öncədən deyilir. Əks təqdirdə heç bir investor, heç bir sponsora gərək qalmaz, insanlar bankdan pul götürüb,borc xərclə özlərinə işləyər, kiminsə kaprizinə dözmək zorunda qalmaz.

Film kimə görə pis, kiməsə görə yaxşı ola bilər və hər rejissor öz işinin arxasındadir.

-Aktrisa Mələk Kazımovanın müsahibəsin oxuduq. Sizinlə şəxsi münasibətinin olduğuna işarət edir. İstərdik bu münasibətlərdən danışardınız və bu mübahisəyə aydınlıq gətirərdiniz. 
-Adətən belə söz-söhbəti siyasətçilərə qarşı seçki gabağı kampaniyada edirlər (gülür). Mən heç kimə bu məsələdə adının hallanmasını yaraşdırmıram. Bir kollektivdə ki, mehribanlıq, səmimiyyət yoxdursa o kollektivlə heç bir uğur qazanılmaz. Mən ortamda səmimiyyət olsun deyə kiməsə xoş söz deyirəmsə, kiməsə gülürəmsə bunun kiminsə sui istifadə etməsinə anlamına gəlməz. Samir Kərimoğlu 16 ildi bu sahədədi və məni hamı tanıyır kimsə mənim haqqımda pis şey deyə bilməz, istər aktyoru istər aktrisası, istər universitet tələbəsi, istərsədə xalq artisti.

Mənim çəkdiyim film qalıb bir kənarda insanlar mənim özəl həyatımı müzakirəyə çıxarıblar.Şəxsi həyatlar şəxsidə qalmalıdır.İstər mənim istərsə başqasının. Biri o birinin evinə daş atmamışdan qabaq fikirləşməlidir, bəlkə mənimdə evim şüşədəndi. Kiminsə sözü ilə gedib belə intriqaların yaradmasını heç kəsə yaraşdırmıram və ayıb bir şey sayıram. Əl-əlxüsus bunu mətbuat vasitəsi ilə edənlərə.

-Samir bəy Mahmud baba filmində deyilənə görə bəzi xoşa qəlməz hadisələr olub məsələn cavan qrimlyoru Məsmə roluna çəkməyiniz. 
-Bəli, biz Məsmə roluna aktrisa tapmışdıq. Lakin o aktrisa dediyinə görə xəstələndi və Cəlilaba gəlmədi deyə məcburiyyətdən çəkməli olduq. Özünüz fikirləşin 4 maşınla (texnikayla) biz gəlmişdik Cəlilabada. Təbii ki, o qədər insanın orada qalması, aktrisa gözləməsi, texnikaların günlüyünün artması əlavə maddiyat bahasına başa gəlir. Ona görə də belə ekstremal qərarların verilməsi filmdə yaşanan hadisələrdir. Qeyri-adi bir hadisə deyil. Dünyaca məşhur filmlərdə də belə ekstremal çəkilişlər və qərarlar olur. Bəziləri ekstrim şəraitdə ağla gəlməz şeylər edir. Hər kəs hər filmdə olanları danışsa Braziliya seriallarının ssenaristləri bizimkilərə qipdə edər. Birdə öz filmində pis olanları başqalarına danışmaq ərli qadının öz əri haqqında rəfiqələrinə pis danışmağına bənzər. Qadın fikirləşməlidi, ər nə qədər pis olsada öz əridi.

Əgər iddia edirlər ki, mən pulların mənimsəmişəm, o zaman buyurub versinlər məhkəməyə. Hər bir xərclər qeydə alınıb və hər biri prodüsserdə var. Mənimsəmişəmsə məhkəməyə müraciət edilsin və mən mənimsəmişəmsə o zaman qanun qarşısında cavab verəcəm, yox əgər mənimsəməmişəmsə o zaman da qanun necə lazımdırsa elə də tətbiq edilsin.

-Filmlər çəkirsiniz min bir zəhmətlə lakin bunun bəhrəsini görə bilmirsiniz. Kinoteatrlar arasındakı davann qurbanına çevrilirsiniz. Bunu necə şərh edərdiniz? 
-2014-cü ilə qədər 6 film çəkmişdik, onların heç biri kommersiya filmi deyildi. Artıq demək olar ki, mən qeyri-kommersiya filmlərinə öyrəşmiş bir admam. 2014-cü ildə isə mənim çəkdiyim “Xoxan” filmi ilə ölkəmizdə kommersiya filmlərinin açılışı oldu demək olar ki. Artıq hər kəsdə bir inam-güvənn yarandı ki, filmdən gəlir götürmək olar. Çox yaradıcı insanlar yetişdi bu müddətdə. Kinoteatrların arasında olan bu münaqişə isə filmlərin axırına çıxır. Çünki insanlar əziyyətlə, zəhmətlə donor tapır, sponsor tapır film çəkir, öhdəlik götürür. Lakin kinoteatrların arasındakı bu qeyri-sağlam rəqabət və çəkişmə yaradıcı insanları çətin vəziyyətə salır. Bu insanlar öhdəliklərini yerinə yetirə bilmədikdə növbəti film çəkilməsi də sual altına alınır. Əvvəl bir film çəkib gələn gəlirdən ikincisini, üçüncüsünü çəkə bilirdi. İndi isə elə vəziyyət yaranıb ki, bir filmi çətinliklə çəkə bilirik.
Hətta Mədəniyyət və Turizm Nazirliyi də rəsmi xəbərdarlıq edib kinoteatrlara, inşallah bu intriqalar aradan qalxar. 

-Bu başınıza gələnlərdən nə qənaətə gəldiniz? 
-Necə deyərlər yaşamaq yanmaqdır. Bir insan çalışırsa, yanmağı da göz önünə mütləq almalıdır, əks təqdirdə o heç vaxt od ola bilməz, elə mum olaraq qalar.  Sizi inandırım ki, 9 filmdə iki filmi müqaviləsiz çəkdim, iksində də problem yaşadım. Biri “Xoxan” idi, digəri də Mahmud baba.  Növbəti işlərimdə  bu tərz boşluğlara yol verməyəcəyəm . Hər kəs sığortalansın, istər iş verən, istər iş görən. Belə hadisələr olanda ən çox üzüldüyüm şeylərdən biri yaxın bildiyim, güvəndiyim insanları itirməkdi. Çox təəssüf ki, bu itki tək ölümdən ibarət deyil. 

-Təşəkkür edirik Samir bəy müsahibə üçün. Sizə gələcək işlərinizdə uğurlar arzu edirik. 
-Mən təşəkkür edirəm, sizə və kollektivinizə müvəffəqiyyətlər diləyirəm. Minnətdaram. 

Vilayət Muxtar 
Cebhe.info







© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений