Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Qarabağ qazisi Respublika Klinik Xəstəxanasından şikayətçidir: “Baş həkim pulsuz dərmanları satdırır, verilən yeməyi itin qabağına qoysan qaçar” - VİDEO



M.Mirqasımov adına Respublika Klinik Xəstəxanada müalicə alan Qarabağ qazisi Məlik Sadıqov baş həkim Telman İbadovdan şikayətçidir. 

Cebhe.info xəbər verir ki, Talk TV-yə danışan Qarabağ qazisi şəkər xəstələri üçün ayrılan dərmanların onlara verilmədiyini, baş həkim tərəfindən satışa çıxarıldığını deyir. Şikayətçinin sözlərinə görə, aidiyyatı qurumlara şikayət olunsa da, dəyişən heç nə yoxdur: 

“Mən burada şəkərli diabet xəstəliyindən yatıram. Ayın 5-dən buradayam. Diabet xəstələr üçün pulsuz verilməli olan dərmanların heç biri burada yoxdur. Hamısı açıq satışdadır. Dərmanların heç biri bu şöbəyə çatmır, xəstəxananın baş həkimi tərəfindən satışa çıxarılır. Nə şöbə müdirinin, nə həkimlərin günahı var. Səhiyyə Nazirliyinə də zəng eləmişəm, baş həkimin müavini Mahir həkimə tapşırılıb, o da heç maraqlanmır. Burada yatan bütün xəstələr dərmanı özləri alırlar. Amma ölkədə şəkər xəstəliyinin müalicəsi pulsuz olmalıdır. Ancaq heç də belə deyil. Bura sağlam gələn ölü gedir. Mən bura gələndə daha yaxşı idim. Ayın 29-u komaya düşmüşəm, ayılandan sonra bura gəldim. Müalicə müddətində də irəli getmək əvəzinə geri gedirəm”. 

Şikayətçi deyir ki, intihardan başqa yolu qalmayıb. Bura sağlam gəlib ölü çıxırlar: 

“Dərman istəyəndə isə deyirlər ki, olanımız budur. Adi 1 ədədi 25 qəpiyə olan rebaksini də vermirlər. Dmidirolla şəkər müalicə olunur? Verdikləri yeməkləri itin, pişiyin qabağına qoyursan, geri çəkilir. Açığı mən yemək davasında deyiləm. Məni müalicəm maraqlandırır. Kimin adamı varsa, “yuxarıdan” zəng edirlərsə, onu müalicə edirlər. Mən Qarabağda canımı vermişəm, 15 il həyatımı çürütmüşəm. Dövlət də bunun müqabilində bizim müalicəmiz üçün dərman ayırır. Ancaq xəstəxana rəhbərliyi tərəfindən dərmanların hamısı satılır. Hətta göstəriş verilib ki, hansı həkimin xəstəsi şikayət etsə, o həkimi cəzalandıracağıq. Hansı xəstə 10 gündən artıq qalsa, artıq günlərin yemək pulunu həkimdən tutacağıq. Bunu xəstəxananın müdiri Telman həkim deyir. Bütün dərmanları satdıran odur. Onun otağında hovuzdan başqa hər şey var. Ancaq rayona gedəndə ordakı xəstəxanadan dərman alıram. Onlar verirlər. İndi də yenə gedib almalıyam, amma hələ dərman gəlməyib. Bu xəstəxanada da hər 6 aydan bir müalicə alıram. Şöbədə heç kimdən narazı deyiləm. İstəyir şöbə müdiri, müalicə həkimi, adicə sanitarı olsun, heç birindən narazı deyiləm. Gərək onlara dərman verilsin ki, gətirib xəstəyə vursunlar. Düzdür, şəkər sağalan xəstəlik deyil. Amma heç olmasa, dərmanı versinlər ki, köməklik etsin. Mən bura gələndən sağalmaq əvəzinə geri düşmüşəm. Yeriyəndə artıq ayağımı çəkirəm. Qolum uyuşub. Elə bil iflic olmuşam. Kimə də deyirəm, deyir verilən budur. Dərmanlar çöldən çölə satışa gedir, heç xəstəxanaya girmir. Həkim yazan resepti aparırsan həkimə, deyir səni filan həkim göndərib? Vəziyyət bu cürdür. Bizim başımıza bu oyunu açırlar. Şikayətimlə bağlı Səhiyyə Nazirliyinə, Prezident Aparatına, Ombudsmana zəng etmişəm ki, şikayətim çatdırılsın. Bilsinlər ki, aşağıdakılar bizim başımıza bu oyunu açırlar, onların qərarlarını yerinə yetirmirlər. Şəhid anası burada yatdı, ağır vəziyyətdə onu çıxartılar ki, güya sağalıb. Həkimi ona baxmaq əvəzinə dərman satırdı. Əgər dərman yoxdursa, bunu hardan alıb satır? Bura xəstəxana deyil, elə bil “qarğa bazarı”dır. Xəstəxananın nə baş həkimi, nə də onun müavini xəstə ilə maraqlanır. Ancaq verilən dərmanı, ərzağı satmaqla məşğuldurlar. Bir variantımız qalıb ki, ya başqa bir dövlətə müraciət edək, ya da intihar edək. Başqa variantı yoxdur. Belə zülmlə ölməkdənsə, kişi kimi ölmək yaxşıdır”. 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений