Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Qarabağa həsr olunan filmin təqdimatı üçün pul tapılmır 



Ötən il Azərbaycan istehsalı olan “Geyilməmiş ayaqqabılar” filminin təqdimatı üçün problemlər yaranıb.

Maraqlı nüanslardan biri budur ki, rusiyalı mütəxəssislər Qarabağ movzuzusunda təmənnasız olaraq xidmət göstərsələr də, yerli iş adamlarındna heç kim böyük təqdimat üçün dəstək göstərir. Filmin ssenarist-rejissoru Rza Rzayevlə bu haqda danışdıq.

Cebhe.info-ya açıqlama verən R.Rzayev bildirib ki, onlar təqdimat üçün heç bir dövlət qurumuna, nazirə müraciət etməyiblər:

“Jurnalist dostumuz Günay Arda Mədəniyyət və Turizm Nazirinə öz təşəbbüsü ilə müraciət edib. Biz belə bir təşəbbüs göstərməmişik. Bununla razıyıq ki, kinoteatrlar haqlı olaraq bizə ödənişsiz zal ayırmamalıdır”. 

R.Rzayevin sözlərinə görə yeganə problem kinozal məsələsi deyil:

“Rusiyalı mütəxəssislər təmənnasız olaraq filmin bir neçə işini görüb.  Bu insanların da filmin təqdimatında iştirak etmək haqqı var. Əlbəttə, onların dəvəti də müəyyən xərc tələb edir. Məsələni yenidən gündəmə gətirmək istəmirəm. Bu məsələ mənim üçün artıq bitib. Təkcə dövlət orqanları deyil, o cümlədən də sahibkarlar da bu işdə dəstək göstərməlidirlər”. 

Qeyd edək ki, film İradə Tuncayın vəsaiti hesabına çəkilib. 

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений