Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Qarabağda rus silahları yerləşdirilir - POLİTOLOQ



“Rəsmi Kreml danışıqlar prosesində fəal iştirak edir, həll formularını masaya qoyur, amma bu danışıqların əksinə olaraq Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlər keçirir."

Cebhe.info xəbər verir ki, bunu AXCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib. 

Onun sözlərinə görə, Rusiya Minsk qrupunun həmsədri kimi Qarabağ konfliktinin həllində əsas tərəf, həm də başlıca maneədir: 

"Rusiyanın Cənub Hərb dairəsinin Ermənistanda dislokasiya olunmuş "102-ci" hərbi bazası Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlər keçirir. Rusiya, Qarabağda təşkil olunan snayper kurslarında Gümrüdəki "102-ci" bazasının hərbi təlimatçılar vasitəsilə erməni qızlarına atıçılıq öyrədilir.

Qeyd edim ki, ötən ay təsdiq olunmuş "rus-erməni" birgə qoşun növünün təlimləridə Qarabağda keçirilir. Birgə qoşun qruplaşmasına Ermənistanın "5-ci" korpusu və Rusiyanın bu ölkədə "102-ci" hərbi bazası daxildir. Göründüyü kimi Rusiya dolayı yolla Qarabağda öz hərbi iştirakını gücləndirir və Ermənistanı silahlandırır. Rusiyanın moderatorluğu ilə aparılan Qarabağ danışiqları imitasiya daşıyır. Moskvanın Yerevana verdiyi silahlar, məhz Qarabağda yerləşdirilir”.

Alçina Amilqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений