Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi təlim-məşq toplanışına start verib



 "Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Sloveniyanın "Olimpiya" klubu təlim-məşq toplanışına start verib. 

Klubun verdiyi məlumata görə, İliya Stolitsanın baş məşqçisi olduğu kollektiv hazırlıq prosesi çərçivəsində yoxlama oyununda da qüvvəsini sınayacaq. 

Komanda ilk oyununda Xorvatiyanın "Lokomotiva" komandası ilə üz-üzə gələcək. Matçın iyunun 27-də keçirilməsi nəzərdə tutulub. 

Qeyd edək ki, Çempionlar Liqasının I təsnifat mərhələsində "Olimpiya" və "Qarabağ" arasındakı ilk görüş iyulun 11-də Lyublyanadakı "Stojitse" stadionunda keçiriləcək. Matçın start fiti Bakı vaxtı ilə saat 22:00-da çalınacaq. Cavab qarşılaşması isə iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq. Matç saat 21:00-da başlayacaq. 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений