Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Qarabağ"ın futbolçusu tarixə düşdü



"Qarabağ" müdafiəçisi Yakub Jezniçak Polşada futbol tarixinə adını yazıb.

Cebhe.info xəbər verir ki, "Qarabağ"lı polyak Azərbaycan çempionu olmaqla, karyerası ərzində 13-cü kubokunu qazanıb. 

Bununla da o, həmyerlilərinin rekorduna çatıb. Yakub Jezniçak titul sayında Polşa milli komandasının sabiq futbolçuları Ernst Pol və Kşiştov Vajixa ilə nəticələrini bərabərləşdirib.

Xatırladaq ki, Yakub Jezniçak əvvəlki 12 titulunu Polşanın "Legiya" klubunun heyətində qazanıb. O, 5 dəfə Polşa çempionluğu, 6 dəfə ölkə kuboku və 1 dəfə Superkuboka yiyələnib. Təcrübəli müdafiəçi 2017-ci ilin yayında trasfer olunduğu "Qarabağ"da ilk tituluna sahib çıxıb. 

Məcid
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений