Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

"Qarabağ"ın rəsmisi: "Onlarla aramızda anlaşma imzalanmayıb"



"Qarabağ"ın direktoru Əmrah Çəlikəl Türkiyənin “Damat” şirkətinin prezidentinin klubumuza sponsorluq etmələri barədə yayılan xəbərlərə münasibət bildirib.

Cebhe.info klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin rəsmisi "Damat" şirkətinin "Qarabağ"a sponsorluq etmədiyini bildirib:
 
“Bizim “Azərsun”, “Azərçay” və “Bizim Tarla”dan başqa sponsorumuz yoxdur. Doğrudur, ötən illərdə “Damat” şirkəti ilə görüşlərimiz olub, amma aramızda hansısa sponsorluq anlaşması imzalanmayıb. Ola bilsin şirkətin prezidenti olanları səhv xatırlayıb. “Qarabağ”ın qapıları, əlbəttə, yeni sponsorlara açıqdır. Amma hazırda, artıq qeyd etdiyim kimi, “Azərsun”, “Azərçay” və “Bizim Tarla”dan başqa sponsorumuz yoxdur”.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений