Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Qaz gəlirləri: Neft milyonlarını əvəz edə biləcəkmi?



"2018-ci ildə Azərbaycanda inkişaf 2 faiz olacaq. Yeni qaz layihəsinin işə düşməsi ilə bu rəqəm orta müddətdə 3,5 - 4 faiz arasında dəyişə bilər". Bunu Beynəlxalq Valyuta Fondunun Azərbaycana səfər edən missiyasının rəhbəri Məhəmməd Əl Qorçi deyib. Onun sözlərinə görə, Azərbaycanda birrəqəmli inflyasiya gözlənilir: "Yeni qaz layihəsinin işə düşməsi ilə bu rəqəm orta müddətdə 3,5-4 faiz arasında dəyişə bilər. Görülən tədbirlər nəticəsində 2018-ci ildə inflyasiya 7 faizə düşəcək.Bank sektorunda isə risklər hələ də tam aradan qaldırılmayıb.2018-ci ildə fiscal ödəmələr bir qədər də artacaq.Neft qiymətlərinin yüksək olması bunun neqativ təsirlərinin azalmasına kömək edə bilər".

Maraqlıdır, 2018-ci ildə qaz nefti əvəzləyə biləcəkmi?

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev “Cümhuriyət” qəzetinə bildirib ki, 2014-cü ilin sentyabr ayından başlayaraq neftin sürətli ucuzlaşmasından sonra həm boru kəmər qazının, həm də sıxılmış təbii qazın qiymətlərində kifayət qədər enmələr müşahidə olundu:

“Bu da onunla bağlıdır ki, həm uzunmüddətli qaz kontraktları, həm də spot satış müqavilələri dünya bazarında neftin qiymətinə bağlanır. Yəni, dünya bazarında neftin qiyməti artdıqca həm boru kəmər qazının, həm də sıxılmış təbii qazın qiymətlərində sıçrayışlar müşahidə olunur. Bu baxımdan yaxın gələcəkdə əgər neftin qiymətinin uzunmüddətli ucuz dövrü başlayacaqsa, o zaman qaz satışından əldə olunan gəlirlər elə də kifayət qədərə böyük olmayacaq”.

Ekspert onu da qeyd edib ki, ilin 10 ayında “Qazprom eksport”un beynəlxalq bazarlara tədarük etdiyi qaz həcmlərinin satışından əldə etdiyi gəlir 29 milyard dollara yaxın olub:

“İlin 11 ayı ərzində neft satışından əldə olunan gəlirlər 74-75 milyard dollar civarında olub. Bu, ixrac həcmləri ilə müqayisədə olduqca aşağı gəlirdir.Çünki dünyanın bütün ticarət meydanlarında həm neftin, həm də qazın satış qiymətlərində geriləmələr mövcuddur.Ona görə də deyə bilmərik ki, yaxın illərdə layihə həyata keçiririk və buradan kifayət qədər gəlirlərimiz olacaq.Bu, belə deyil.Çünki “Cənub Qaz Dəhlizi” QSC-nin kapitalı 40 milyard dollardan yuxarıdır.Təbii ki, bu layihədə Azərbaycanın payı olduqca yüksəkdir.Bunun bir hissəsi ölkənin daxili imkanları, digər hissəsi isə beynəlxalq kredit təşkilatlarından alınmış kreditlər hesabına ödənilir.Sonra bu kreditlərin geri qaytarılma məsələsi də var. Doğrudur, Cənub Qaz Dəhlizi geosiyasi bir layihədir.Amma Azərbaycanın buradan qısa müddətdə böyük gəlirlər əldə etməsi gözlənilən deyil.Əgər yaxın dövrlərdə neftin dünya bazar qiyməti 50-55, yaxud 60-65 dollar dəhlizində olacaqsa, onda Azərbaycanın gəlirləri kifayət qədər yüksək olmayacaq.Bu məsələyə anlayışla yanaşmaq lazımdır.Layihə cəlbedicidir. Təbii ki, bu, Azərbaycanda yeni iş yerlərinin açılmasına səbəb olacaq. Amma yaxın bir neçə ildə bu layihədən böyük gəlirlər gözləmək sadəlövhlükdür”.

Yeganə Oqtayqızı

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений