Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Qəfil ölümlərin sayı artıb: Deputat QADAĞA istəyir



Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev parlamentin payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da enerji içkilərinin satışının məhdudlaşdırılmasının vacib olduğunu deyib. 

Cebhe.info xəbər verir ki, son zamanlar Azərbaycan kardioloqlarının da bununla bağlı həyəcan təbili çaldığını deyən M.Quliyev bildirib ki, uşaqların bu içkilərdən istifadə etməsi nəticəsində son zamanlar qəfil ölümlərin sayı artıb: 

“Enerji içkiləri yuxu, əsəb pozğunluğu ilə yanaşı, qan-damar sistemlərində də problemlərə gətirib çıxarır. Bu səbəbdən Norveç, Fransa kimi ölkələrdə bu cür içkilərin satışı qadağan edilib. Digər ölkələrdə isə enerji içkiləri yalnız 18 yaşdan yuxarı olan şəxslərə satılır. Bu baxımdan, müvafiq qanunvericilikdə dəyişiklik edilməlidir ki, uşaqların bu içkilərə əlçatanlığı aşağı düşsün. Enerji içkilərinin üzərinə "18+" yazılmalıdır. Ümumiyyətlə, orta məktəblərə və tədris müəssisələrinə yaxın olan ərazilərdə bu içkilərin satışı qadağan olunmalıdır. Bununla yanaşı, enerji içkilərinin reklamına da qadağa qoyulmalıdır”. 

Vilayət Muxtar 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений