Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Qəzəbli xalq, bahalaşan yumurta və Ruhaniyə qarşı "yumşaq təzyiq": ABŞ-ın planları nədən ibarətdir? 



Ukrayna mediası İranda son günlər artmaqda olan etiraz aksiyalarının səbəblərindən yazıb.

Cebhe.info xəbər verir ki, "Korrespondent" (Корреспондент) nəşri "İranda nə baş verir?" sualına cavab axtarıb. 

Təhlilçilər siyasi qarşıdurmaların əsl səbəbinin  daxili amillə bağlı olmadığını və xaricdən, daha doğrusu okeanın o tayından  idarə olunduğu qənaətinə gəlir. 

"Bütün daxili səbəbləri aydınlaşdıraq. Onlar bütün ölkələrdə olduğu kimi iqtisadi vəziyyətdən narazıdır. İranda gerçək vəziyyətə gəldikdə isə beynəlxalq qurumların məlumatına görə, ümumi daxili məhsulun adambaşına düşən payı 5252 ABŞ dolları təşkil edir. Bu da 2016-cı illə müqayisədə təxminən 4,5 faiz artım deməkdir. Beynəlxalq media etirazların əsas səbəbi kimi 8-8,25 təşkil edən inflyasiyanı göstərir.  İranda işsizlik 8-9,5-ə bərabərdir. Halbuki, qonşu ölkələrdə işsizlik daha yüksəkdir: Türkiyədə 11,6 faiz, İraqda 16 faiz, Omanda 17,5 faizdir.  Onu da nəzərə almaq lazımdır ki, İran on illərlə davam edən ağır sanksiyalarla bağlı 56 milyard dollar vəsaitindən məhrum edilib və ABŞ həmin pulu hələ də qaytarmaq istəmir.  Ümumilikdə, Qərbin  hesablarında İrana məxsus 120 milyard dollar əmanətlər dondurulub. 

Lakin Ağ Evin İrandan zorla nağd pul alması kifayət etməyib.  Vaşinqton İranla nüvə razılaşmasını poza bilmədi və Amerikanın Avropadakı müttəfiqləri də daxil olmaqla bütün təsirli güc mərkəzlərinin buna qarşı çıxmasından  Ağ Ev narahat olmadı. İran ABŞ-ın milli təhlükəsizlik strategiyasında “1 nömrəli düşmən” elan edildi. Ağ Ev İran təhlükəsinə qarşı yalnız rəsmi təzyiq planı hazırlamadı, həmçinin İsraillə birgə Tehrana təsir vasitələri axtarmağa başladı. Ruhani rejimini yumşaq gücün köməyi ilə güzəştə məcbur etmək üçün "yol xəritəsi"nin hazırlandığı şübhə doğurmur. Görünür, hazırki kütləvi etirazları artırmaq üçün əsas təşkilatçı vasitə kimi sosial şəbəkələr seçilib.  Əvvəlki çoxsaylı bənzər çıxışlardan fərqli olaraq, kütləvi iğtişaşların təşkilatçıları gizli şəkildə və Amerika KİV-lərinin etirafına görə, bir göz qırpımında yaradılıb. Toyuq yumurtasının iki dəfə bahalaşması "Ruhaniyə ölüm!" şüarlarının səsləndirilməsi və klerikal rejimin dağıdılması üçün formal səbəbə çevrildi. Vaşinqton üçün İran rejiminin cinayətlərinin siyahısı uzundur. Bunlar İranın Yaxın Şərqdəki müstəqil siyasəti, ABŞ-ın dostları ilə müharibə, düşmənləri ilə müttəfiqlik etməsi,  Moskva və Pekinlə bölgənin digər problemli bölgələrində olduğu kimi Suriyada mövcud əməkdaşlıq qurması, o cümlədən Soçidə Suriya xalqlarının Milli Dialoq Konqresinin təşkilinə hazırlıq üzrı konstruktiv iş aparmasından ibarətdir. Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasının Tehranla nə əlaqəsi var? Unutmayaq ki, İran Vaşinqtonun əsas düşmənləri - KXDR ilə əməkdaşlıq edir, ondan kömür alır və Pxenyanı raket texnologiyası ilə  təmin edir.

O da aydındır ki, milad, yeni il bayramı ərəfəsində ABŞ və Britaniya liderləri dərhal İranda insan hüquqlarına riayət olunması qayğısına qaldılar. Amerikanın "Hantington Post" qəzeti də etirazşıların İranın sərvətlərinin xaricdəki münaqişələrə, sərvətlərinin Livandakı "Hizbullah"ı kimi terror vasitələrinə “xeyirxahlıqla” xərclənməsindən narahatlıq doğurduğunu yazıb. 

Bu yaxınlarda Ruhani İran təqvimi ilə 2018-ci ilin mart ayından 2019-cu ilə qədər dövrü əhatə edən büdcəni təqdim edib. O, İran İnqilab Keşikçiləri  Korpusunun xarici xüsusi əməliyyatlar  şöbəsi, "Kurds Fors" və "Bəsic" qüvvələrinə təxminən 11 milyard dollar əlavə vəsait ayırıb. 

Razılaşın ki, inflyasiya, işsizlik, korrupsiya və dövlət əmlakının oğurlanması qəzəbli kütləyə xüsusilə İran büdcəsinin incəliklərinə nəzər salmaq imkanı yaradır. Üstəlik sözügedən maddələr büdcənin əksər hissəsində dövlət sirri sayılır".  

Məqalədə  İrandakı etiraz dalğasının getdikcə səngiyəcəyi qeyd edilir: "Türkiyədə sonuncu uğursuz dövlət çevrilişi və İrandakı əvvəlki çevrilişlər kimi  bu xalq üsyanı bir müddət sonra azalmağa doğru gedəcək. Bir müddət sonra nə olacağı  İranın güc struktirlarının cəsarətindən, İran administrasiyasının əhali ilə dialoqundan və Vaşinqtondan müxalifətə  nə qədər çox dəstək verilməsindəən asılı olacaq". 

Müşfiq Abdulla
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений