Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Qızlar gözəlliklərini, oğlanlar isə kişiliklərini belə sübut edir - FOTOLAR



Gənc oğlanların kişiliyini,  qızların isə gözəlliyini sübut etmək üçün qəribə adətlər hələ də yaayır.

Cebhe.info xəbər verir ki, Cənubi Sudandaki qəbilələrin bəzilərində sakinlərin üzündə, yaxud bədənində bıçaqla cızılmış və müxtəlif formalar verilmiş damğalara rast gəlmək olar.

Nuer, Dinka, Mundari, Shillu kimi qəbilələrin sakinlərində bu ənənə hələ də yaşayır. Söhbət ondan gedir ki, 13-14 yaşlı oğlanların yetkinlik yaşına çatmasının sübutu kimi bıçaqla alınlarında və bədənlərinin müxtəlif yerlərində damğalar cızılır.

Qızlara isə bu yaşda gözəl olduqlarını sübut etmək üçün damğa vurulur. Bundan sonra həmin yeniyetmələr də qəbilənin yetkin kişiləri kimi söz sahibi olur. Onların yediklərindən yeyir, onlar kimi davranmaq haqqı əldə edirlər. Son zamanlar daxili müharibə qızlara damğa vurulmasını arxa plana salıb. Beləliklə, qəbilələr öz qızlarını düşmən qəbilədən qorumağa cəhd edirlər. 

Kişilər üçün isə bu damğalar hələ də kişiliklərinin isbatı olaraq qalır.

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений