Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Qlobal böhran: Dünya sıxıntıdan qurtuldu?



Manatın 2 kəskin devalvasiyasından sonra iqtisadi böhran dərinləşdi. Bütün sahələrdə böhranın əlamətləri hiss edilməyə başladı. 1 il ərzində 13 bank və bir sıra digər maliyyə qurumları bağlandı. Bu gün ölkənin bank sektoru acınacaqlı vəziyyətdədir.Ölkənin milli valyutası-manat, dollar qarşısında sabit olsa da, avroya qarşı kəskin dəyər itirməkdə davam edir.Digər tərəfdən ərzaq və digər idxal olunan məhsullarda kifayət qədər bahalaşma qeydə alınıb.İstehsal sahələri yoxdur, yeni açılanlar isə gözlənilən effekti vermir.Lakin bir sıra ekspertlər ölkənin iqtisadi böhranı arxada qoyduğuna dair fikirlər səsləndirirlər.Dünyada və Azərbaycanda böhran bitdimi?

İqtisaçı-ekspert Fuad İbrahimov “Cümhuriyət” qəzetinə şərhində dünya iqtisadiyyatında ciddi böhranın yaşanmadığını deyib:

“Əslində dünyada qlobal iqtisadi böhran getmir. Heç bir halda dünya iqtisadiyyatında böhran məqamları müşahidə olunmayıb.Əksinə, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin bir çox iqtisadi göstəricilərində artım müşahidə olunur.Bunu bilmək üçün çox dərin araşdırmalara ehtiyac yoxdur.Sadəcə, statistik indekslərə nəzər yetirsək, bütün göstəricilərdə görərik ki, dünya iqtisadiyyatında böhrandan söhbət getmir. Müəyyən bir sahə üzrə gərginliklər yaşayır, ancaq sonradan bu gərginlik təbii əmsala çevrilməklə proses süni şəkildə dalğalanır. Azərbaycan iqtisadiyyatı isə ilk zərbəni qəbul edəndən sonra, insanlar bu vəziyyətə öyrəşdilər.

Bu baxımdan hal-hazırda gərginlik müşahidə olunmur.Ancaq ümumi götürsək, makroiqtisadi tarazlığın bərqərar olunması haqqında danışmaq çox tezdir.Hesab edirəm ki, hələ ümumi vəziyyət belə demək mümkünsə, böhranın dibini görməyib.Yəni, proses hələ ki, davam edir.Düzəlməyə doğru müəyyən cəhdlər var, ən azından fərmanlar, sərəncamlar verilir.Ancaq bunun o, zaman effekti olacaq ki, verilən qərarların konkret nəticələrini rəqəmlərdə görə biləcəyik.Yalnız bundan sonra demək olar ki, yavaş-yavaş inkişafa doğru gedirik.Amma indi bu haqda danışmaq tezdir”.

Azərbaycana gəlincə isə F.İbrahimov qeyd edib ki, ölkə iqtisadiyyatı hələ də böhrandan çıxmayıb. Ekspertin sözlərinə görə, atılan addımlar vəziyyəti daha da gərginləşdirir:

“Manat təzyiq altından çıxarılsa da, bunu süni alətlər hesabına ediblər. Elə bil ki, manat reanimasiyadadır, “narkoz” altında saxlanılır.Amma bu da iqtisadiyyatın inkişafına maneədir.Çünki manatın sabitliyi iqtisadi inkişafa gedən istiqamətdə saxlanılmayıb, əksinə, manatın mövcud məzənnəsi iqtisadiyyatın sıxlaşdırılmasına şərait yaradır.Yəni, hələ ki, ürəkaçan bir söz demək çətindir.Digər tərəfdən, ərzaq məhsullarında qiymət artımı dinamik şəkildə gedir.Bunun qarşısını almaq üçün isə tamamilə institutsional səviyyədə əks addımlar atılır.Məsələn, yağın qiymətinin aşağı salınmasını gömrük tariflərində arxtarırlar.3-cü sinif şagirdinə bu hesablamanı aparsa, görərik ki, gömrük tarifləri qiymətlərə əhəmiyyətli dərəcədə təsir etməyəcək.Yağın qiymətinə təsir edən digər əmsallar var. İş yerləri sürətlə bağlanır. Bir çox özəl sektorda maaş borcları mövcuddur. Artıq elə şirkətlər var ki, maaş borcları 6 aya qədər artıb. Bunların hamısının səbəbi isə yenə də makroiqtisadi tarazlığın pozulmasındadır”.

Vilayət Muxtar

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений