Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Qlobal istilər Təhsil Naziriyini hərəkətə keçirdi: Qərar artıq var



Xəbər verdiyimiz kimi, havaların anomal keçdiyi bu günlərdə Bakı sakinləri kondosinerlərin təmiri problemi ilə üzləşiblər.

Xatırladaq ki, Cebhe.info-ya daxil olan məlumatlara görə, kondisonerlərində problem yaranan sakinlər usta çatışmazlığına görə əziyyət çəkirlər. Paytaxtda bu sahə ilə məşğul olanların azsayda olması diqqəti çəkib. Bu problem soyuducuların təmiri sahəsində müşahidə olunub.

Cebhe.info usta çatışmazılığın səbəblərini araşdırmaq üçün bu ixtisasların peşə məktəblərində tədris olunub-olunmadığını araşdırıb. Peşə Təhsili üzrə Dövlət Agentliyinin internet portalında verilən siyahıda ”elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektik montyoru” ixtisası qeyd olunsa da, elektrik avadanlıqları sırasına kondissioner və soyuducunun daxil olub-olmadığını məlum olmayıb.

Mövzu ilə bağlı Təhsil Nazirliyi sorğu ünvanlamışıq. Nazirliyin mətbuat xidməti sorğumuzu cavablandırıb. Cavabda bildirilir ki, “Məişət soyuducu və istilik sistemlərinə xidmət üzrə mütəxəssis” ixtisası üzrə səriştə əsaslı kurikulum hazırlanıb, 2018/2019-cu tədris ilindən Bakı və Gəncə şəhərlərində yerləşən peşə təhsili müəssisələrində tədris edilməsi nəzərdə tutulur.

Qeyd olunduğu kimi bu ixtisaslar gələn ildən tədris olunacaq. İxtisasların bu vaxta qədər tədris olunmamasının usta çatışmazlığının səbəblərindən biri olduğu məlum olub. Görünür, bu il yayın isti keçməsi, həmçinin qlobal istiləşmə proqnozları Təhsil Nazirliyində adıçəkilən peşə ixtisaslarının vacibliyini ortaya çıxarıb. 

Xatirə
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений