Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Qohum-əqrabanın toplaşdığı nəqliyyat: Yeni dəyişikliklər də heç nə vəd etmir



Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşımalarda istifadə edilən avtobuslara, taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişin daşımalarını həyata keçirən daşıyıcılara, sərnişindaşımaya aid infrastruktura dair tələblər hazırlayıb.

BNA-nın İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev qeyd edib ki, sərnişindaşımalarda istifadə edilən avtobuslarla bağlı müəyyən edilən tələblər sırasında ən vacibi avtobusların banının ön, arxa və yan tərəflərinin üzərində agentliyin verdiyi eyniləşdirmə kodunun və "141 Çağrı Mərkəzi"nin nömrəsinin olmasıdır. M.Ağayevin sözlərinə görə avtobuslara dair müəyyən edilən əsas tələblərdən olan eyniləşdirmə kodları isə ictimai nəqliyyatda ilk dəfə tətbiq edilir:
 
“5 rəqəmdən ibarət eyniləşdirmə nörməsinin ilk iki rəqəmi avtobusun hansı daşıyıcıya aid olduğunu bildirir. Eyniləşdirmə nömrələrinin verilməsi paytaxtın marşrut şəbəkəsində istifadə edilən nəqliyyat vasitələri barədə zəruri məlumatların toplandığı Vahid Bazasının Formalaşdırılması baxımından da əhəmiyyətlidir. Tələblərə əsasən, eyniləşdirmə nömrəsi avtobusun xaricində sağ, sol, ön və arxa tərəflərinə, eyni zamanda nəqliyyat vasitəsinin salonunda sərnişinlərin aydın görə biləcəyi yerdə vurulmalıdır. Bakı Nəqliyyat Agentliyinin tapşırığına əsasən, artıq eyniləşdirilmə nömrələrinin avtobuslara vurulması prosesinə başlanılıb. Gələcəkdə bu nömrələrin avtobusların damına da vurulması təmin ediləcək. Eyniləşdirmə nörmələrinin məhz bu formada avtobusun daxili və xarici tərtibatında yer alması xüsusi əhəmiyyət kəsb edir. Belə ki, avtobusla bağlı hər hansı bir müraciəti və ya şikayəti olan sərnişinlərimizin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını bildirməsinə ehtiyac qalmayacaq”.

BNA-nın məqsədi yenilik yaratmaq və vətəndaşların asan formada şikayətini təmin etməkdirsə, onu da vurğulamalıyıq ki, əməkdaşlarımız dəfələrlə NİİM-in 141 çağrı mərkəzinə şikayətlər etsə də, bu şikayətlərə yalnız bir aydan sonra, söhbət rəhbərliyə çatdıqdan sonra əncam çəkilib. 

Bu dəyişikliklər keyfiyyətə təsir edəcəkmi? Nəqliyyat məsələləri üzrə eksert Elməddin Muradlı ilə bu haqda danışdıq. E.Muradlı bildirib ki, qanunvericilikdə müəyyən maddələr irəli sürülsə də, formal xarakter daşıyıb. Qanunvercilikdə tələb olunan öhdəliklərə əməl edilmir: 

“Avtobus sürcülərinin təfəkkürü dəyişməlidir. Lakin bu yoxdur. Onlar həmişəki kimi yenə də daha çox qazanıb, az vəsait xərcləməyi düşünürlər. Onların iş keyfiyyəti aşağıdır. Əksər hallarda bu sürücülərdə psixoloji gərginlik, aqressiya görə bilərik. Hətta, bəzilərinin kriminal keçmişi var. Sərnişindaşıma xidməti ilə məşğul olan sürücülərin əksəriyyəti qohum-əqrəbadır. Qohumluq, dostluq məsələləri kənara qoyulsa, o zaman qanunvericilikdə olan dəyişikliklərin də keyfiyyətini görə biləcəyik. Bu sürücülərin əksəriyyəti A ilə B-ni ayırd edə bilmir. Heç kəs sürücülərə dərs keçmək, təlimat vermək istəmir. Yalnız bəzi şirkətlər bu təlimatları keçərək sürücülərə yeni təlimatlar, göstərişlər verir”.

Ekspertin sözlərinə görə eyniləşdirmə kodlarına edilən dəyişikliklər sərnişindaşıma ilə bağlı sənəddə müvafiq boşluqların doldurulmasına hesablanmış addımdır: 

“Düşünmürəm ki, belə bir addımla qlobal dəyişiklik olacaq. Sadəcə olaraq, bəzi sənədləri sahmanlamaq istəyirlər. Hələlik, heç bir qlobal dəyişiklik gözlənilmir”. 

Məlumat üçün bildirək ki, qeyd edilənlərlə yanaşı sərnişin avtobusların xaricinə və salonuna nəqliyyat vasitəsinin fəaliyyət göstərdiyi marşrut xəttinin nömrəsi, keçdiyi dayanacaq məntəqələrinin ardıcıllığı, gediş haqqının məbləği ilə bağlı məlumatlandırıcı, eləcə də, ictimai nəqliyyatdan istifadə qaydaları ilə bağlı maarifləndirici löhvələr də vurulub.

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений