Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Qorxulan oldu: ABŞ yeni gəmi göndərdi- FOTOLAR



ABŞ Şimali Koreyaya sərhədlərinə yeni gəmi göndərib.

Cebhe.info xəbər verir ki, ABŞ-ın CNN telekanalı bu iddia ilə çıxış edib.

Kanalın Müdafiə Nazirliyindəki iki mənbəyə istinadən verdiyi xəbərə görə, "USS Carl Vinson" gəmisindən sonra "USS Ronald Reagan" gəmisini də bölgəyə göndərib.

"USS Ronald Reagan"ın yola çıxması Şimali Koreyanın yeni raket sınağından dərhal sonra qərara alınıb. Yaponiyadakı Yokosuka limanından hərəkət edən gəmiyə digər döyüş gəmiləri yoldaşlıq edir. 
Şimali Koreya isə son dövrdə ard-arda reallaşdırdığı raket sınaqlarının sonra paytaxt Pxenyanda mərasim keçirib. Keçən həftə bazar günü atılan ölkənin ən uzunmənzilli raketi (Hwasong-12) yaratan qrup, böyük sevgi nümayişləriylə qarşılanıb. 

Avtobuslarla Pxenyana girən mühəndislər və əsgərlər, yol kənarlarına düzülmüş minlərlə Şimali Koreyalıların alqışları arasında irəliləyib. Əllərindəki çiçəklər və bayraqları yelləyən kütlənin fotoşəkillərini, rəsmi xəbər agentliyi KCNA dünyaya yayıb.

Qərb ölkələrini dinləməyib testlərə davam edən Şimali Koreyanın atdığı son raket nüvə başlıqları daşıya bilir. 2 min 100 kilometr yüksəkliyə çatan və 787 kilometr qət edən "Hwasong-12" Yaponiyanın qərb sahillərinə düşüb.

Şimali Koreya lideri Kim Yonqun atılarkən şəxsən izlədiyi mərmi, ABŞ-ın Sakit okeanda ərazisi olan Guam adasındakı hərbi bazasını vura bilər.

Amerikan xüsusi kəşfiyyat təşkilatı Stratfor, Şimali Koreyanın atdığı mərmilərin hansı ölkələri təhdid etdiyini göstərən yeni bir xəritəni bu həftə yayımlayıb.

Kölgə CIA olaraq bilinən Stratfor xəritəsinə görə, 8 min kilometr mənzili olan "Taepodong 2" mərmisi Türkiyə, Almaniya, İngiltərə ilə birlikdə ABŞ-ın qərb əyalətlərini də vura bilər. 

Mərmi hələ tamamlanmayıb, Şimali Koreyalı mühəndislər layihə üzərində çalışır.

Məcid
Cebhe.info







© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений