Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Qorxulu Suriya ssenarisi - ABŞ-la Türkiyə üz-üzə



Məhəmməd Əsədullazadə: “ABŞ-ın kürd planı getdikcə fiaskoya uğrayır”

Əhəd Məmmədli: “PKK-nın tam məhv edilməsi amerikalıların Suriyada süquta uğraması deməkdir”

Türkiyənin Suriyada apardığı antiterror  əməliyyatı Qərb dövlətlərində, xüsusilə də ABŞ-ın narahatlıqla izlənilir. ABŞ-ın dövlət katibi  Reks Tillerson “Zeytun budağı” əməliyyatını tənqid edib və bundan  narahat olduqlarını bildirib. Tillerson "Zeytun budağı" əməliyyatının ABŞ İŞİD-ə qarşı mübarizəsinə mənfi təsir göstərdiyini bildirib.

“"Zeytun budağı" əməliyyatı başlayandan sonra Sərhəd Təhlükəsizliyi Xidmətindəki birliklər Afrinə getdilər", deyə Tillerson bildirib.

Maraqlıdır, ABŞ Türkiyənin Afrin əməliyyatından niyə bu qədər narahatdır? ABŞ-ı qıcıqlandıran nədir?

Siyasi-şərhçi Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında deyib ki, Tillersonun sözləri Vaşinqtonun mövqeyini ifadə edir: 

“ABŞ dövlət katibi Reks Tillersonun açıqlamaları bütövlükdə Türkiyə əleyhinə Vaşinqtonun ortaya qoyduğu siyasətdir. Qeyd edim ki, Tillersonun bu açıqlamanı Türkiyə səfəri öncəsi verməsi, onun Ankarada aparacağı danışıqlara kölgə salmış oldu. Afrin əməliyyatı Türkiyənin Şimali Suriyada öz sərhəd təhlükəsizliyini təmini və ölkəyə qarşı terrorun qarşısını almağa həmçinin ABŞ-ın "Kürd muxtariyyəti" planın qarşısını almağa hesablanıb.ABŞ PKK -nın YPG qoluna verdiyi siyasi, hərbi və maliyyə dəstəyi bu terror təşkilatının güclənməsinə və Türkiyə qarşı terror həyata keçirməsinə səbəb olur. Vaşınqtonun bu siyasəti Ankara ilə NATO çərçivəsində müttəfiqliyinə zidd və düşməncəsinə hərəkətidir. “Zeytun budağı” əməliyyatı Afrində YPG terror təşkilatına uğurla davam edir. Prezident Ərdoğan Afrindən sonra əsas hədəfin Menbic olduğunu qeyd edir. Menbicdə ABŞ-ın hərbi təlimatçılarının və bazasının olduğu məlumdur.

Burada YPG terror təşkilatını silahlandırmaq və təlim verməklə regionda yeni kürd muxtariyyətinin qurulmasını hədəfləyir. Pentaqonun İŞİD terror təşkilatını bəhanə edərək başqa bir  terror təşkilatına verdiyi dəstək regionda yeni münaqişəyə aparır. Artıq şimali Suriyada İŞİD-in varlığından söhbət gedə bilməz. Tillerson qeyd edir ki, Afrin əməliyyatı İŞİD mübarizəyə mane olur. Bu yanaşma Türkiyənin  YPG-nin sıradan çıxarılmasından irəli gələn narahatlıqdan qaynaqlanır. ABŞ-ın kürd planı getdikcə fiaskoya uğrayır və bunu uğurla Ankara davam etdirir. Maraqlıdır ki, Tillersonun səfəri öncəsi YPG 500 milyon dollar maliyyə ayrıldı. ABŞ rəsmisinin Türkiyədə aparacağı danışıqlarda bu maliyyəni hansı əsasla isbat edəcəyi gülünc və riyakarlıqdan irəli gələcək. Artıq ABŞ-Türkiyə siyasi müttəfiqliyi uçurumdadı və bu ABŞ-ın Türkiyə əleyhinə terror təşkilatına verdiyi dəstəkdən irəli gəlir”.

Politoloq Əhəd Məmmədli isə açıqlamasında deyib ki, Türkiyə, Suriyada ABŞ-ın planlarını alt üst edir:

“Amerika da ona görə belə narahatdır. ABŞ-ı qıçıqlandıran Türkiyənin böyüməsi, müstəqil siyasət aparmasıdır. Zatən İŞİD-ə qarşıda ən amansız mübarizə aparan Türkiyə idi. İŞİD amerikalılar üçün bəhanədir. Onları əsas narahat edən müttəfiqləri PKK-nın Türkiyə tərəfindən məhv edilməsidir, böyük Kürdüstan oyununun pozulmasıdır. Afrindən sonra Türkiyə üçün növbə Menbicin olmalıdır. Ondan sonra da bütüm sərhəd boyu ərazilər. ABŞ- ı da bu çox narahat edir. PKK-nın tam məhv edilməsi amerikalıların Suriyada süquta uğraması deməkdir. Bu gedişatla Tillerson hələ bu cür açıqlamalardan çox verməli olacaq. Buna rəğmən Türkiyə ehtiyatı əlindən buraxmamalı, hər an Suriyada ABŞ-ın hucumuna, təxribatlarına  hazır olmalıdır. Türkiyə çalışmalıdır ki, Suriyada ABŞ-la üz-üzə gəlməsin, gəldiyi təqdirdə isə qalib çıxmalıdır. Kürdüstan Türkiyə üçün qırmızı xətdir və bu xətti ABŞ belə keçsə cavabını alacaq. Bu hamıya, o cümlədən amerikalılara da bu qədər aydın olmalıdır”.

Vilayət Muxtar

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений