Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Qudasının evinə gələn qadın adam bıçaqladı - Ağdamda



Ağdamda bıçaqlanma hadisəsi baş verib.

Cebhe.info-nun xəbərinə görə, Gəncə şəhər sakini, 44 yaşlı Ləman Əliyeva Ağdamın Xındırıstan kəndində yaşayan qudasının evinə qonaq gedib. Bərdə rayonundan olan 1974-cü il təvəllüdlü Yusifov Pərviz Vasif oğlu də həmin evdə olub. Evdə yemək yeyilərkən L. Əliyeva ilə P. Yusifov arasında mübahisə baş verib. Nəticədə L. Əliyeva P. Yusifovu bıçaqlayıb. İki bıçaq xəsarəti alan şəxs Ağdam Mərkəzi Rayon Xəstəxanasına, oradan Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Qadın isə saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Elgün
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений