Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Qüdsün işğalına daha bir ölkədən dəstək - Səfirlik sayı üçə çatdı



Cənubi Amerika ölkələrindən Paraqvay da ABŞ və Qvatemaladan sonra səfirliyini Təl-Əvivdən İsrail tərəfindən işğal olunmuş Fələstin torpağı Qüdsə köçürüb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, Praqvay səfirliyi rəsmi mərasimlə xidmətə verilib.

Mərasimdə Paraqvay prezidenti Horakio Kartes və İsrail Baş naziri Binyamin Netanyahu da iştirak edib.

Beləliklə, Paraqvay, ABŞ və Qvatemaladan sonra Təl-Əvivdəki səfirliyini Qüdsə köçürən üçüncü ölkə olub.

Qeyd edək ki, ABŞ Qüdsdəki səfirliyinin amılışını 14 mayda etmişdi. Həmin gün Qəzzada keçirilən etiraz aksiyalarında 63 nəfər İsrail əsgərləri tərəfindən qətlə yetirilmiş, 2700-dən çoxu isə yaralanmışdı.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений