Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Rasim Balayev əməliyyat masasındadır



Azərbaycan kinosunun siması Gömrük Hospitalında müalicəyə götürülüb

Azərbaycan kinosunun əsas simalarından biri, xalq artisti, tanınmış sənətkar Rasim Balayev əməliyyat masasındadır.

Hurriyyet.org-un aktyorun ailəsindən aldığı məlumata görə, Rasim Balayevin səhhətində yaranan problemlər bu əməliyyatı qaçılmaz edib: “Kiçik bir əməliyyatdır. Yenicə başlayıb. İnşaallah, tezliklə də qurtarar. Onu peşəkar həkimlərə əmanət eləmişik”.

Xatırladaq ki, bir müddət əvvəl aktyor özü mətbuata açıqlamasında səhhətində problemlər olduğunu bildirmişdi. Qeyd etmişdi ki, son zamanlar depressiya dərmanları qəbul edir. Eyni zamanda şəkər və təzyiqdən də əziyyət çəkir.

Azərbaycanın sevimlisi olan sənətkara biz də şəfa diləyir, tezliklə sağlığına qovuşmasını arzulayırıq.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений