Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Razi Nurullayev “Real TV”-yə danışdı: Hakim partiya namizədlərin təkliflərini nəzərə almalıdır” - VİDEO



“Hər bir namizəd üçün nəticəni qiymətləndirmək qələbədən başlamalıdır”.

Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri, keçmiş prezidentliyə namizəd Razi Nurullayev “Real TV”-yə müsahibəsində deyib. R.Nurullayev bir daha sivil iqtidar-müxalifət münasibətlərinin tərəfdarı olduğunu bəyan edib:

“Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyev birinci oldu. Mən də özümün neçə yerdə olduğumdan asılı olmayaraq onu təbrik etdim. Mən Azərbaycanda sivil mübarizənin olmasının tərəfdarıyam. İstəyirəm ki, bizim həsəd apardığımız Avropada, Türkiyədə olan siyasi mədəniyyət Azərbaycanda da öz təşəkkülünü tapsın. Bunun üçün də əlimdən gələni etdim və bundan sonra da edəcəm. Düşünürəm ki, hakim partiya da bu məsələdə nəinki mənim, bütün namizədlərin fikirlərini nəzərə almalıdır”.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений