Razi Nurullayev siyasətə sivil və demokratik dəyişiklik gətirdi – Siyasi şərhçi

“Artıq prezident seçkiləri arxada qaldı. Seçki marafonunu müxalifət olaraq AXCP ölkə miqyasında uğurla həyata keçirdi. Bu, partiya üçün uğurlu bir siyasi gedişat oldu”.
Bunu Cebhe.info-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini, siyasi-şərhçi Məhəmməd Əsədullazadə deyib. M.Əsədullazad hesab edir ki, AXCP artıq siyasətdə sivil münasibətləri formalaşdırıb:
"Bundan sonra AXCP -nin fəaliyyəti daha da güclənəcək, təçkilatlanma işi davam edəcək. Seçki prosesi göstərdi ki, xalqın müxalifətə inamı artır. Çünki, AXCP sədri Razi Nurullayevin regionlara səfəri, keçirdiyi görüşlər, verdiyi mesajlar ölkədə yeni siyasi sistemin formalaşmasına səbəb oldu. Bu gün bəllidir ki, ölkə siyasətində sivil və xalqın etimadını qazanan siyasi müxalifət var. Partiya sədri Razi Nurullayevin bundan sonrakı siyasəti bir daha siyasi müxalifətin birləşməsinə, seçki öncəsi verdiyi vədləri iqtidarın diqqətinə çatdırmaqla problemlərin həllinə nail olmaq olacaq. AXCP-nin fəaliyyəti bəzi partiyalardan fərqli olaraq mövsümü xarakter daşımır, daha da məsuliyyətnən ölkəmiz naminə partiyanın güclənməsinə çalışacağıq. Çünki, ölkədə güclü siyasi müxalifət sabahın iqtidarıdır. Biz partiya olaraq fəaliyyətimizlə ölkədə dəyişlikləri gətirəcəyik. Artıq, Razi Nurullayev siyasətə sivil və demokratik siyasi dəyişikliyi gətirdi”.
Vilayət Muxtar
Cebhe.info