Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Razi Nurullayevdən keçmiş səfirə ismarış: "Siz siyasi yol göstərmək bacarığında və qabiliyyətində deyilsiniz"



“Azərbaycanın xarici siyasətini təmsil edən, zamanilə dövlət adından danışan keçmiş səfir Arif Məmmədov bu gün təhqir yağdıran Əli Kərimli tərəfdarlarının və Milli Şura “sevdalıları”nın düşük, tərbiyəsiz və əxlaqdan uzaq söyüşlərinin ümidinə qalıb. Əli Kərimli və Milli Şura boykot dedi deyə, xor kapellası kimi ona qoşulmusunuz. Amma bilin ki, o söyüb batırdığınız Hafız Hacıyev sizdən daha məntiqli və daha əxlaqlı görünür. BOYKOT İSƏ XALQA YOX, SİZLƏRƏ MÜXALİFƏT KRESLOSUNDA DAHA BİR NEÇƏ İL OTURMAQ ÜÇÜN LAZIMDIR”. 

Cebhe.info xəbər verir ki, bunu AXCP sədri Razi Nurullayev deyib.

Partiya sədri çıxışına “Sözügedən şəxslərin bu gün istifadə etdiyi söyüşlər, təhqirlər, aşağılamalar və şər -böhtanı bir yerə toplanıb tərəziyə qoyulsa, Hafiz Hacıyev yüz il bundan sonra 24 saat söyüş söyüb, təhqir yağdırmalıdır ki, sizinlə bərabərləşsin”,- deyə davam edib:

“Bu simanızı xalq görür və məyus olur. Sizin bu halınıza, bu qədər kiçilməyinizə, Azərbaycanı yox, xalqı yox, özünüzü düşünmənizə üzülürəm və məyus oluram. Həm də məyus oluram ki, adını çəkdiyim keçmiş səfir kimi adamlar onilliklər boyu hazırkı hakimiyyətə qulluq edib, önündə baş əyib, yerli-yersiz təriflər yağdırıb, indiki hakimiyyətin nə qədər demokratik olması, Azərbaycan cəmiyyətinin azad və firavan olması barədə avropalılara moizə oxuyub, sonra birdən-birə dönüb olub fürsətcil demokrat. Səfir vəzifəsi tutmuş bir adam niyə Facebook trollarının “like”larına və şərhlərinə möhtac bir zavallıya çevrilsin? Sizin halınıza acıyıram və doğrusu bu qədər düşməyinizə məyusam!

Əli Kərimlinin xeyli miqdar tərəfdarlarının zavod kimi söyüş istehsal etmələrinə, siyasəti oyuncağa çevirmələrinə, 25 ildən artıq müddətdə xalqın başının altına yastıq qoymalarına dözümüm qalmayıb. Onun qohum-əqrəbasının ən səviyyəsiz söyüşlərlə xalqımızı, onun nümayəndələrini, siyasətçilərini təhqir etməsi bütün sərhədləri aşıb. Amma mənim nəslim və kökümdən bir nəfər olsun belə nəinki o, digərləri haqqında güldən ağır söz işlətməyib. Səviyyə budur, kübarlıq, mədəniyyət, yüksək əxlaq budur! Hərəkatçıların, cəbhəçilərin sizin yalanlarınıza inanmaları və həyatlarını puç etməsi narahatvericidir. Sizlərə nə var ki, həmişə normal həyat sürmüsünüz, yenə də kifayət qədər komfortlu yaşayırsınız. Əvvəllər də avro və dollar xərcləyirdiniz, indi də. Sizin həyatınız pisliyə doğru dəyişməyib, amma sizin kimilərin əsirinə çevrilən bu xalqın bir qisim bədbəxt nümayəndələrinin həyatı nəinki pis olub, günü-gündən də pisləşməkdədir. Bilin ki, sizin kimilərin yüzü gəlsin və getsin, onların həyatı yenə dəyişməyəcək.

Səmimi deyilsiniz və siyasətdə sizlər də pis ənənələr yaradırsınız. Həbs olunmağı, məhrumiyyətlər yaşamağı, işsiz qalmağı, polislə mübahisə etməyi və itələşməyi, polisə müqavimət göstərib torpaq ilə sürüdülürək sağa-sola əl-qol atıb şəkil çəkdirməyi, daha çox söyüş söyməyi, təhqir etməyi, hədə-qorxu gəlməyi qəhramanlığa çevirmisiniz, halbuki özünüz həbs olunmaqdan qorxursunuz! Əgər həbs olunmaq, həbsxanada yatmaq yaxşı işdirsə və sizi hakimiyyətə daşıyarsa, o zaman gəlin Azərbaycana həbs olunun, demokratiyaya töhvə verin, komfortlu həyatınızı həbsxanaya dəyişin və mənim də deməyə sözüm qalmasın. Sizdən fərqli və real olaraq, xalqa dəstək durmaq, onun həyatını müsbətə doğru dəyişmək istəyirəm. Hər kəsin seçdiyi bir siyasi yol var, siz mənə siyasi yol göstərmək bacarığında və qabiliyyətində deyilsiniz. Məsləhətləri, tövsiyələri ağıllı adamlardan, müdrik siyasətçilərdən, böyüklərdən dinləyirəm və əməl edirəm. Həyatım, canım, qanım bu millət yolunda fədadır. İnanıram ki, bu ulu xalqın arzuladığı həyata qovuşmasında mənim və tərəfdarlarımın da büyük xidməti olacaq. Yolumuz açıq olsun, əziz xalqım”!

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений