Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Real" azarkeşləri Kiyevə getməkdən imtina etdi - SƏBƏB



Madridin “Real” futbol  klubunun azarkeşləri Çempionlar Liqasının Kiyevdə keçiriləcək final matçına getməkdən imtina edib.

Cebhe.info Rusiya mediasına istinadən xəbər verir ki, 2200 bilet geri qaytarılıb. Madrid azarkeşləri bunu Kiyevdə qiymətlərin baha olması, bərbad təşkilatçılıq və yartımaz informasiya xidməti ilə əlaqələndiriblər.

Qeyd edək ki, madridlilər final matçını izləmək üçün 24 268 bilet sifariş veribmişlər. İngilis jurnalsitləri Kiyevdə matç öncəsi qiymətlərin baha olduğunu yazıb. Kiyevdə ən bahalı otel nömrəsi 8 min avro dəyərindədir. İki gecə Kiyevdə qalmağın qiyməti 1,5 – 11 min funt arasında dəyişir.

Qeyd edək ki, Çempionlar Liqasının  “Real” Madrid-“Liverpul” İngiltərə final matçı mayın 26-da Kiyevin Olimpiya stadionunda keçiriləcək.

Aydın
Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений