Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

REAL-ın qurultayı dekabrın 17-də olacaq



Dekabrın 17-də saat 10-dan 18-dək Respublikaçı Alternativ (REAL) Partiyasının təsis qurultayı olacaq. Qurultay Müsavat Partiyasının qərargahında baş tuttacaq. Bu barədə Amerikanın Səsinə REAL-ın icra katibi Natiq Cəfərli bildirib.

Onun sözlərinə görə, qurultayda 300-dək nümayəndənin iştirakı gözlənilir.

“1920 nəfərdən çox Azərbaycan vətəndaşı REAL Partiyasının təsisçilərinin təşəbbüs qrupuna üzv olub. Ölkəmizin bütün regionlarında (Naxçıvan MR istisna olmaqla) el məclisləri (yerli ilkin təşəbbüs qrupları-red) formalaşıb”, o qeyd edib.

Cəfərlinin sözlərinə görə, təsis qurultayı partiyanın nizamnamə və proqramını qəbul edəcək, seçkili orqanları (Ali Məclis və Nəzarət Təftiş Komissiyası) seçəcək.

Partiyanın sədrini yeni formalaşacaq məclis seçəcək.

REAL dəfələrlə Bakı meriyasına və Bakı şəhərindəki biznes mərkəzlərinə, hotellərə qurultay keçirmək üçün yer ayırılması xahişi ilə müraciətlər edib. Lakin onların müraciətinə müsbət cavab verən olmayıb.

REAL Hərəkatının lideri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib. Avropa İnsan Hüquqları Məhkəməsi 2014-cü ilin mayında İlqar Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb və 2017-ci ilin noyabrında "Ədalət mühakiməsi hüququ"nun pozulduğu qənaətinə gəlib.

Avropa Şurasının Nazirlər Komitəsi dəfələrlə İlqar Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu bəyan edib.

Avropa İnsan Hüquqları Məhkəməsinin qəraralarına, Nazirlər Komitəsinin qətnamələrinə baxmayaraq Məmmədov hələ də azadlığıa buraxılmayıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений