Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Rezidenturaya sənəd qəbulu bu gün başa çatır



2018/2019-cu tədris ili üçün rezidenturaya sənəd qəbulu günün sonunadək davam edəcəkdir.

Cebhe.info xatırladır ki, qəbul imtahanında iştirak etmək üçün namizədlərin ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün namizəd Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra  ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə payment.dim.gov.az internet səhifəsində tanış ola
bilərsiniz.

Namizəd “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 22 fevral saat 23:59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=3) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurmalı və təsdiq etməlidir.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений