Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Robert Prosineçki "Trabzonspor"da?



Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Türkiyə Super Liqa təmsilçisi “Trabzonspor”la böyük ölçüdə razılığa gəlib.
 
Sportal.az xəbər verir ki, bu iddia “Fanatik” nəşrində yer alıb. Xəbərdə Qaradəniz klubunun rəsmilərinin xorvat çalışdırıcı ilə görüşdüyü və böyük ölçüdə razılığa gəldikləri qeyd edilib. 48 yaşlı çalışdırıcı ilə bu həftənin sonuna kimi rəsmi müqavilənin imzalanacağı vurğulanıb.
 
Xatırladaq ki, Prosineçki daha öncə də Türkiyədə çalışıb. O, 2012/13 mövsümündə “Kayserispor”un “sükanı arxasında” olub.
 
Robert Prosineçkinin millimizlə müqavilə müddəti bu ilin dekabrında bitəcək.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений