Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Roma Papası miqrantların müdafiəsinə qalxdı: “Bizə lazımdırlar”



Roma Papası Fransisk miqrantların Avropa ölkələrinin xeyrinə olduğunu düşünür.

Cebhe.info xəbər verir ki, bu barədə Roma Papası “Reuters"ə müsahibəsində deyib. 

Onun sözlərinə görə, populistlər miqrant məsələsi ətrafında psixoz yaradırlar: "Avropaya yeni insan axını lazımdır. Gəlmələr olmadan qocalmaqda olan Avropa ölkələrini böyük demoqrafik qış gözləyir. Əgər bölgə miqrantları qəbul etməsə, uduzacaq".

ABŞ Prezident Administrasiyasının miqrant siyasətinə görə, tənqid edən Roma Papası "Bu, asan deyil, amma populizm də çıxış yolu deyil",-deyib. 

Qeyd edək ki, Avropada miqrant böhranı 2015-ci ildə başlayıb. Almaniya ən çox sayda miqrant qəbul edən ölkə olub və özü üçün 1,5 milyon limit müəyyənləşdirib. 

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, 2017-ci ildə İtaliya dəniz yolu ilə gələn ən çoxya miqrantı- 119 min nəfəri qəbul edib.  

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений