hava haqqinda Bakı
Bu gün +3 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.9202
  • NEFT - $ 66.56
  • clouds-weather

RUS ADMİRAL: ABŞ sərhədə silah toplayır

RUS ADMİRAL: ABŞ sərhədə silah toplayır

ABŞ Rusiya sərhədlərinə yüksək dəqiqlikli, qeyri-nüvə sistemlərinin yerləşdirilməsinə yönəlik tədbirləri artırır.

Cebhe.info xəbər verir ki, bunu Rusiya mətbuatına müsahibəsində Hərbi-Dəniz Donanmasının komandanı, admiral Vladimir Korolyov deyib.

Onun sözlərinə görə, Rusiya dəniz akvatoriyası yaxınlığında ABŞ və NATO ölkələrinin hərəkətliliyi müşahidə olunur. Gələn ildən etibarən isə Rusiya həmin ərazilərdə tədbirlərin sürətlənməsinə reaksiya verəcək.

Admiralın sözlərinə görə, hazırda Rusiyanın Hərbi Dəniz Qüvvələri 100 gəmi ilə təmsil olunur.

Qeyd edək ki, ABŞ-ın Arktika bölgəsində dəniz naviqatorunun sərbəstliyinin təmin edilməsi məqsədilə gördüyü tədbirlərin Rusiya tərəfdən cavabla qarşılanacağına dair məlumat yayılmışdı.

Almaniyanın "Telepolis" nəşrinin yazdığına görə, Rusiya bu hərəkətləri cavabsız qoymayacaq. Xüsusilə, bu məsələdə aktuallıq Azov dənizinin Kerç boğazındakı Ukrayna ilə insidentdən sonra artıb.

Rusiya həmin ərazidə 2013-cü ildən etibarən buzqıranlar, sualtı qayıqlar yerləşdirir.

Xəzər

Cebhe.info


Oxunma sayı: 873