Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Rus milyarder yadplanetli axtarır



Rusiyalı milyarder Yuri Milner Saturnun Entselade peykində yadplanetlilərin izini axtaracaq.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Milner ABŞ-ın Sietl şəhərində baş tutan "Yeni kosmik era" konsfransında deyib. Milner yadplanetlilərin izini axtarmaq üçün Saturnun peykində ilk fərdi kosmik missiyanı təşkil etməyə hazırlaşdığını bildirib:

"Alimlərin fikrincə, nəhəng planetlərin peyklərinin birində buz altında canlı orqanizmlər yaşayır. Ən perspektivli namizəd isə bu yaxınlarda aşkar edilən Saturnun Entselade peykidir".

Qeyd edək ki, “Cassini” kosmik aparatı vasitəsilə Entselade peykindəki şəraiti öyrənən mütəxəssislər burada hidrogen, karbondioksid, su buxarı, metan və digər qazlar aşkar ediblər.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений