Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Rus silahlarının müştərisi artır: Ağ Evin səhvi



“ABŞ-la münasibətləri gərginləşən Pakistan öz üzünü Rusiyaya çevirib. Amerikanların tərk etdiyi Pakistan silah bazarını ruslar doldurmaq istəyir”. 

Cebhe.info xəbər verir ki, bunu siyasi şərhçi Zeynal Əmralıyev deyib.

Onun sözlərinə görə 2016-cı ildə ölkə tarixində ilk dəfə olaraq Rusiya ilə ''Dostluq-2016'' adı altında birgə hərbi əməlliyatlar keçirildi.

Ötən il isə Moskva İslamabada 4 ədəd ''Mİ-35'' hücum helikopteri və 2 ədəd ''Mİ-171'' nəqliyyat helikopteri satdı: 

“Pakistan tərəfi artıq ''Mİ-26'' nəqliyyat helikopterini, artilleriya sistemi, havadan müdafiə sistemi və idarə olunan artilleriya sistemini almaq üçün Moskva ilə danışıqlar aparır.''SU-25'' qırıcıları ilə bağlı müzakirələr isə hələ 2016-cı ildən başlamışdı.İslamabadın bu addımı çox maraqla qarşılana bilər. Çünki Pakistan demək olar ki yarandığı gündən bəri ABŞ-la sıx hərbi əməkdaşlığın içərisndə idi.

ABŞ prezidenti Donald Trampın verdiyi açıqlamaya isninad etsək,  deyə bilərik ki, ABŞ bu günədək Pakistana 33 milyard dollar pul yardımı edib. Ancaq son zamanlar Tramp admistirasiyası Pakistana qarşı rəsmi Vaşinqtonun ənənəvi siyasətini dəyişdirərək Pakistanı ''Taliban'' və ''Həqqani Şəbəkəsi'' kimi teror təşkilatlarına dəstək verməkdə ittiham edərək ona qarşı silah satışına qadağa qoydu.

Nəticə etibarı ilə Pakistan artıq Rusiyaya meyillənir. Moskvanın bu hərəkətliliyi yerində və ağıllıca bir addımdır. Pakistan strateji cəhətdən çox önəmli bir ərazidir.Belə bir müttəviq isə hegomonluq iddiasında olan hər bir dövlətə lazımdır. Hindistana gəlincə isə düşünürəm ki, bu rəsmi Dehlidə qısqanclıq yaradacaq. Bu onu Moskvaya ilə uzaqlaşdırmayacaq, əksinə daha da yaxınlaşdıracaq və hindlilələr əzəli rəqibləri olan pakistanlılara üstün gəlmək üçün Moskvadan daha güclü silahlar sifariş verəcək”. 

Politoloqun sözlərinə görə heç təsadüfi deyil ki hələ 2010-cu ildə Rusiyanın baş naziri Vladimir Putin Dehlidə səfərdə olarkən onun hind həmkarı Manhoman Sinq mətbuat konfransında Rusiya-Pakistan hərbi əməkdaşlığının, Hindistan isə heç də təhlükəli olmadığını bildirmişdi:

“Düzdü buna rəğmən Hindistan son zamanlar bir qədər kaprizni hərəkətləri ilə diqqəti çəkdi. Buna misal kimi Hindistan-Fransa yaxınlığını misal çəkə bilərik. Ancaq yenə də Dehli Moskvaya daha yeni silahlar sifariş verməkdə davam edir. Beləliklə Moskva daha əlvərişli silah bazarına və yeni güclü bir tərəfdaşa yiyələndi. Artıq həm hindlilər həm də pakistanlılar ruslardan sürətlə silah alacaqlar.Trampın isə necə böyük bir səhf etdiyini amerikanlılar yaxın tarixdə görəcəklər”.

Alçina Amilqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений