Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Rusiya – Argentina oyunundan sonra qalmaqal



Rusiya və Argentina komandaları arasında dünən keçirilən yoxlama oyunundan (0:1) sonra onminlərlə azarkeş problemlə üzləşib.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, yeni təmirdən çıxan “Lujniki” stadionunun üst tribunalarında yer alan azarkeşlər matç bitəndən sonra soyuq havada 30-40 dəqiqə yerlərində gözləmək məcburiyyətində qalıblar. Buna stadionun təhlükəsizlik xidmətinin hələlik bilinməyən səbəblərdən onları çölə buraxmaması səbəb olub.

DÇ-2018-in səfiri, jurnalist Dmitri Quberniyev baş verənləri rus donuzu sayağı hərəkət adlandırıb.

“Bu, biabırçılıqdır. Gələn il dünya çempionatını da belə keçirəcəyik?” – deyə o bildirib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений