Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Rusiya Azərbaycanla sərbəst avtomobil tranzit müqaviləsinə qayıdır



Rusiya və Azərbaycan ölkələr arasında sərbəst avtomobil tranzit müqaviləsinə qayıdacaq.

TASS xəbər verir ki, bunu Dövlət Duması Nəqliyyat və Tikinti Komitəsinin rəhbəri Yevgeni Moskviçev bildirib: “Keçirdiyimiz görüşlər zamanı biz Rusiya və Azərbaycan arasında beynəlxalq avtomobil daşımaları ilə bağlı müqaviləyə qayıtmaq və əsas problemlərdən birinin həll edilməsi barədə razılaşdıq. Rusiya və Azərbaycana tranzit azad olmalı və icazə sistemi olmadan icra edilməlidir”.

Onun sözlərinə görə, bu, İran, Azərbaycan və Rusiya arasında yükdaşımanın həcminin artırılmasına imkan verəcək.

O əlavə edib ki, bu məsələ Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Azərbaycan Prezidenti İlham Əliyevlə dünənki görüşündə də müzakirə olunub.

Qeyd edək ki, Dövlət Duması rəhbərliyi 24-25 iyun tarixlərində Azərbaycanda rəsmi səfərdədir.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений