Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Rusiya bu ölkəyə gizli neft göndərir: Şahidlər var



Rusiya gizli şəkildə Şimali Koreyanı neftlə təmin edir.

Cebhe.info xəbər verir ki, bunu “The Washington Post” Ağ Evdəki mənbəyə istinadən yazıb. Nəşr bildirib ki, Rusiyadan olan şirkətlər sanksiyalara baxmayaraq, rəsmi Pxenyanı neft və digər zəruri mallarla təmin edir. Tranzit və pulların yuyulması gizlədilir. Bu, Pxenyanın dünyanın narazılığı və narahatlığına baxmayaraq, raket sınaqlarını davam etdirməsinə imkan yaradır. 

Qaçaqmalçılığın şahidləri bildirir ki, son zamanlar Vladivostok və Şimali Koreyanın Radjin limanı arasında tankerlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. 
Rusiya və Şimali Koreya arasında ticarət BMT-nin bu ölkəyə sanksiya tətbiqinin əsas səbəblərindən biri olub. Bu gün BMT yekdilliklə yeni qətnamə layihəsini qəbul edib. Sənəd Şimali Koreyaya neft məhsulları ixracını qadağan edir. 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений