Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Rusiya da qızılını Amerikadan çıxarsın - Moskvada təklif



"Türkiyənin ardınca Rusiya da Amerikadan qızıl ehtiyatını çıxarmalıdır".

Cebhe.info xəbər verir ki, bunu Rusiya Dumasının deputatı Vladimir Jirinovski təklif edib. O bildirib ki, qızıl ehtiyatının Amerikada saxlanmasının faydası yoxdur. 

"Məmurlar bunu onunla izah edir ki, xaricdə bu pullar daha çox divident gətirir, həmçinin daxili korrupsiyadan sığortalanıb. Ancaq bu, dəhşətli məntiqdir",-deyə Jirinovski Facebook səhifəsində yazıb. 

Jirinovski "Əgər Maliyyə Nazirliyi pulun bir hissəsinin oğurlanmasından qorxursa, o zaman xüsusi bir bank yaratsın və orada saxlasın",- deyə təklif edib.

Qeyd edək ki, Türkiyə ABŞ-da saxladığı 28,7 ton qızılı ölkədən çıxarıb.
 
Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений