Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Rusiya milyarderlərin acığını Azərbaycandan çıxmağa çalışacaq - XƏBƏRDARLIQ



"Rusiyanın bütün kütləvi informasiya vasitələri “Kreml hesabatı”nın ölkəyə təsir etməyəcəyini sübuta yetirmək üçün dəridən-qabıqdan çıxırlar. Bir neçə gündür araşdırma aparıram, amma “Kreml hesabatı” ilə bağlı ehtimal edilən sanksiyaların Rusiyaya təsiri ilə bağlı hətta yarıobyektiv təhlilə rast gələ bilmirəm. Kremlin nəzarətində olan bütün resurlar təbliğat xarakterli məlumatlar, “təhlil”lər yayır, həm də əsaslandırılmamış, bəsit arqumentlərdən ibarət".

Cebhe.info xəbər verir ki, bu sözləri politoloq Elçin Mirzəbəyli deyib. 

Politoloq qeyd edib ki, qismən obyektiv məlumat yayan, təbii ki “ru” domeni ilə yayımlanmayan rusdilli və hətta ingilisdilli resurslar isə kompyuterdəki “Karpersky” antivirus və internet təhlükəsizliyi proqramı tərəfindən bloklanır və yaxud “virus yayan təhlükəli resurs” kimi təqdim olunur: "Bütün bunlara baxmayaraq, hətta proqram təminatının özü ilə bağlı xəbərlərdə belə “Kreml hesabatı”nın dərin izini görmək mümkündür. Məsələn, Amerikanın proqram təminatı istehsalı ilə məşğul olan nəhəng “Oracle” şirkəti Rusiyanın “Lukoyl”, “Qazprom”, “Rosneft”, “Surqutneft” şirkətləri və onların törəmə müəssisələrinin proqram təminatı ilə bağlı qaydaları sərtləşdirib. Bu xəbərdə ən maraqlı məqamlardan biri də odur ki, sən demə, Rusiyanın nəhəng enerji şirkətlərini proqramla ABŞ şirkəti təmin edirmiş.

Enerji sektorunda proqram təminatı və bu sahəyə xidmət elə də sıradan bir məsələ deyil. “Oracle”nin müstəriləri sırasında 283 Rusiya şirkətinin adı var. Rusiyanın nəhəng şirkətləri layihələrin idarə olunmasın, o cümlədən yataqların kəşfiyyatın və hasilatda “Oracle Primavera” proqram təminatından istifadə edirlər. Bu proqram olmadan, yaxud yenilənmədən layihələri idarə etmək demək olar ki, mümkün deyil. Təkcə “Oracle” şirkətinin tətbiq etdiyi məhdudiyyətlər nəticəsində Rusiyanın enerji sektorunun böyük zərər görəcəyi bildirilir. Çünki Rusiyanın enerji sektoru bütövlükdə xarici proqram təminatçılarından asılıdır". 

Elçin Mirzəbəyli bildirib ki, sanksiyalar nəticəsində son 4 il ərzində Rusiyadan 258 milyard dollar xarici kapital axını olub:"Ölkə iqtisadiyyatına birbaşa sərmayələrin həcmi 7 dəfə azalıb. Ekspertlərin hesablamalarına görə, əgər Rusiyanın xarici borclanma ilə bağlı əməliyyatlarına da məhdudiyyət tətbiq edilərsə, rus rublu qısa müddət ərzində ən azı 20 faiz dəyərdən düşə bilər. Təbii ki, bu istiqamətdə araşdırmaların aparılması daha çox iqtisadçıların vəzifəsidir. Təqdim etdiyim təsdiqlənmiş məlumatlar isə sübuta yetirir ki, yeni sanksiyalar yaxın qonşumuza ciddi təsir göstərmək mexanizmlərinə malikdir. Bu baxımdan, ehtimal olunan nəticələrə, məhdudiyyətlərin doğuracağı aqressiv davranışlara hazır olmaq lazım gəldiyini düşünürəm". 

Mənsur Rəğbətoğlu 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений