Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Rusiya müharibəni dayandırır: Kremldə yeni PLAN



Rusiya Suriyadakı hərbi əməliyyatları tərk etmək istəyir.  

Bu açıqlamanı “Stratfor” Araşdırmalar Mərkəzi yayıb. Qeyd edilir ki, Rusiya Silahlı Qüvvələri  2015-ci ildə Suriyadakı münaqişəyə daxil olduğu vaxtdan bəri ölkədəki vətəndaş müharibəsinin gedişini dəyişə bilib.  Rusiya İranla birlikdə döyüşlərin gedişini  Suriya hökumət qüvvələrinin xeyrinə dəyişməyə nail olub.  Bu proses arxada qaldığından indi  Rusiya döyüş meydanını tərk etmək üçün imkan axtarır. Moskva Suriya münaqişəsində batıb qalmaq istəmir. Ancaq özünün iştirakı ilə  əldə edilmiş və möhkəmləndirilmiş  uğurları tərk etmək da ürəyincə deyil.  Rusiya  bölgədə oynadığı  mühüm roldan geri çəkilmək niyyətində də deyil.  Bu, ona bölgədə mövqe tutaraq  vacib rolunu oynamağa imkan verir. 

Bu məqsədlə Rusiya iranlı və suriyalı müttəfiqlərinin “parçala və hökm sür” strategiyasını dəstəkləyir. O, əvvəlcə  əsas döyüşlərin getdiyi ərazilərdə təhlükəsizlik zonalarının yaradılması üçün Suriya hökumətinə qarşı müqavimət göstərən yaraqlıların və onlara dəstək verənlərin  müqavimətini  qıracaq.  

Təhlükəsizlik zonalarının təşkili nəticəsində şəxsi heyətin xeyli hissəsi azad ediləcək. Rusiya ölkədəki  İŞİD-ə bağlı ekstremist qruplara qarşı barışmaz  mübarizə məqsədilə hücuma keçəcək.  Bu strategiya indiyə qədər Dəməşqə loyal münasibəti olan və İranı dəstəkləyən  Rusiya ordusuna  Suriyanın qərbində öz diqqətini  müxalifətlə mübarizəyə yönəltməyə, ölkənin şərq hissəsində İŞİD-in əlində qalan böyük əraziləri zəbt etməyə  imkan verirdi. Lakin Moskva anlamağa başlayıb ki, Suriyada öz məqsədlərinə nail olmaq gözlənildiyindən daha çətin olacaq. Suriyada Rusiyanın aşkar üstünlüyənə baxmayaraq, onun "çıxış planı" və çatışmazlıqlar özünü göstərməyə başlayır.  Təhlükəsizlik zonalarının yaradılması üçün atəşkəsin təmin olunmasına dair Qazaxıstanda aparaılmış danışıqların birinci mərhələsində əldə olunmuş razılaşma işləmir. Problemin bir qismi ondadır ki, həmin rayonlardakı müstəqil silahlı qruplar xarici təzyiqə tabe olmaq istəmir. Məsələn, “Həyyat Təhrir əş-Şəm”  təşkilatı (“Ən-Nüsrə Cəbhəsi ” ilə birləşmə nəticəcəsində qurulub) atəşkəs haqqında danışıqları  tanımaqdan imtina edib  və özünün dayaq məntəqəsi olan İdlibdən Əsəd rejiminin müttəfiqlərinin Həma əyalətindəki  mövqelərinə hücuma başlayıb. Əlbəttə, Rusiyanın müstəqil müttəfiqləri də onun planın həyata keçməsinə mane olur. İran  və Suriyanın hakimiyyət dairələri  Rusiyanın strategiyasının məntiqini başa düşsələr də müxalif qüvvələrin əlində qalan ərazilərdən imtina etmək istəmir və  həmin ərazilərdə döyüşləri dayandırmağa o qədər də tələsmir. Rusiyadan fərqli olaraq, Tehran və Dəməşq üçün uzunmüddətli və ciddi olan bu müharibədə sona qədər döyüşmək lazımdır. Ona görə də Dəməşqə loyal mövqeyə malik Suriya hərbi birləşmələri  xüsusilə Cəbərdə  və Quta rayonun şərqində yaraqlıların mövqelərinə zərbələr endirir. 

Təhlükəsizlik zonalarında azacıq uğursuzluq Rusiyanı problemlə üzləşdirir. Əsədin qoşunlarına sədaqət isə onu şərqə-İraq sərhədinə yaxınlaşdırır.  Dəməşqə bağlı birləşmələrin Deyr əz-Zor istiqaməsində irəliləməsi  Moskvanı qıcıqlandırır. Birləşmiş Ştatlar Əsəd rejiminə bağlı Suriya Ərəb Koalisiyası birləşmələrinin qarşısını kəsib Habur çayının aşağı istiqaməsinə qova bilər. Hələlik Dəməşqə bağlı koalisiya qüvvələri uğurla irəliləyir. Hazırda sözügedən birləşmələr İŞİD-in əks- hücumlarının dəf edilməsi,  şərqdə terrorçu təşkilatın xeyli miqdarda itki verməsinə gətirib çıxarıb.  
Rusiya buna görə xeyli pul ödəyib. Lakin nəticədə terrorçular  biri general-leytenant olmaqla Rusiyanın yüksək rütbəli zabitlərini öldürüb. Oktyabrın 3-də isə İŞİD əsir düşmüş  iki nəfər Rusiya əsgərini nümayiş etdirən videogörüntü yayıb. Terorçuların dediyinə görə, ruslar yaxın vaxtlarda keçirilmiş  hərbi əməliyyatda  əsir düşüb.

Rusiya üçün vəziyyət getdikcə gərginləşir.  Suriyaya müdaxilə rusiyalılar arasında artıq nüfuzu aşağı salır. ”Levada- Tsentr” müstəqil sorğu mərkəzinin sentyabrın əvvəlində təqdim etdiyi hesabata görə, əgər 2015-ci ildə rusiyalıların üçdə ikisi Suriyadakı vətəndaş müharibəsində iştirakın tərəfdarı idisə, indi respondentlərin üçdə birindən az hissəsi bunu vacib hesab edib. Rusiyada keçirilən etiraz aksiyalarında hakimiyyətdən  bu  bahalı hərbi kampaniyanı dayandırmaği və ona ayrılan vəsaiti öz xalqını yedizdirməyi  tələb edən plakatlar qaldırılır. Rusiya liderləri isə 2018-ci ilin prezident seçkiləri öncəsi Suriya siyasətinin əhəmiyyətini artırmaq üçün Federal Təhlükəsizlik Xidmətinin sayəsində ölkədə terror aktlarının qarşısının alındığını bildirir. 

Hər halda çətin ki, Moskva  Suriyadan çıxmaq planının həyata keçirilməsi strategiyasından  yaxın vaxtlarda imtina etsin. Münaqişəyə təsir göstərmək üçün Rusiya yaraqlılara qarşı hərbi təzyiqləri birləşdirməli olacaq.  Həmçinin, yaraqlılara dəstək verənlərlə və onların müttəfiqləri ilə diplomatik işi gücləndirəcək. Əgər Moskva Suriyada müharibəni dayandırmalı olsa, irimiqyaslı hərbi münaqişələrdən imtina edə  bilər.  Yəni, münaqişəni ən azı bu səviyyəyə endirməyə cəhd edər. 

Müşfiq Abdulla
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений