Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Rusiya SSRİ kimi çökür: GÖZLƏNTİ



Rusiya iqtisadiyyatındakı cari vəziyyət ölkənin hələ staqnasiyadan çıxışa hazır olmadığını, hətta yeni resessiya təhlükəsindən xəbər verir.

“Cümhuriyət” qəzeti xəbər verir ki, bu barədə Rusiya Ali İqtisadiyyat Məktəbinin (VŞE) "İnkişaf Mərkəzi" institutunun hazırladığı proqnoz-hesabatda bildirilir. “Bu və ya başqa cür investisiyaların yavaşladığı aşkar faktdır. Sənaye və iqtisadiyyatda yavaşlama, hətta geriləmənin qeydə alınması, tammənalı iqtisadi artımın başlamasını şübhə altına alır. Hazırda gedən söhbətlər, sadəcə, həqiqət əvəzinə arzulananı önə çəkməkdir”, - deyə hesabatda qeyd olunub.

Rusiyalı ekspertlərin fikrincə, yanvar-sentyabr aylarında qeydə alınan 4,2%-lik investisiya aktivliyi III rübdə ciddi şəkildə geriləyib və hətta mövsümi amillər nəzərə alınmaqla mənfi olub. Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının rektoru Vladimir Mau bildirib ki, Rusiya struktur böhranı yaşayır: “İnvestisiya aktivliyi 2012-ci ildən azalmağa başlayıb. İqtisadi artım potensialı isə 2000-ci illərin ikinci yarısından itib. Rusiya iqtisadiyyatının sovet iqtisadiyyatı ilə çox oxşar xüsusiyyətləri var. Problem texnologiya və institutların effektivliyi ilə bağlıdır. Ölkədə adekvat biznes mühiti qurulmalı və insan kapitalının keyfiyyəti artırılmalıdır”.  

“Amerikanı təqdlid edən təlxək”

32 il əvvəl Sovet İttifaqı Kommunist Partiyasının lideri seçilən Mixail Qorbaçov irimiqyaslı siyasi-iqtisadi dəyişikliklərə getdi və bu, Sovet İtifaqının parçalanmasına yol açdı. Bu, təkcə SSRİ-nin yox, “Şərq bloku”nun dağılması hadisəsi idi. Qorbaçovun dəyişiklikləri “Soyuq müharibə”yə nöqtə qoydu, lakin bununla Sovet Rusiyasının ABŞ qarşısındakı ağır və tarixi məğlubiyyətini rəsmiləşdirdi. İttifaqın demokratiyaya hava və su qədər ehtiyacının olduğunu müdafiə edən Mixail Qorbaçov bir neçə ay içində bir neçə nazir və partiya yetkilisini vəzifədən uzaqlaşdırdı. Durğunluq dönəminə girmiş SSRİ iqtisadiyyatını canlandırmaq üçün iqtisadi dəyişikliklərə də getdi və geniş islahatlara başladı. Lakin “Perestroyka” (“Yenidənqurma”) adlanan islahatlar sürətlə sovet İttifaqını təməlindən çökdürürdü.

Qərbə, yaxud ABŞ-a qarşı seçilən “yumşaq güc” siyasəti və nüvə silahlarının azaldılmasına dair səyləri rəqibin əlini gücləndirirdi. Digər yandan, korrupsiya, “vətənə xəyanət” ittihamlarıyla SSRİ-nin sütunu sayılan bürokratlara qarşı etdiyi hücumlar da daxildə qarşıdurma vəziyyəti yaratdı. Beləliklə, bütün respublikaları əhatə edən dəyişiklik qlobal kommunizmin çöküşünü sürətləndirmişdi. 

Xalqlar Qorbaçovu “Amerikanı təqlid edən təlxək” adlandırırdılar. Mixail Qorbaçov isə həm daxili, həm də xarici siyasətdə yumşalmalara gedirdi və Sovet ordusunu Əfqanıstan, Almaniya Demokratik Respublikası, Çexoslovakiya və Macarıstandakı sovet ordusunu çıxarmaq qərarı verməklə, SSRİ-nin sərhədlərini kiçiltdi və ABŞ-a meydanda geniş yer verdi. Beləliklə, Boris Yeltsinin başçılığı ilə başlayan dövlət çevrilişi SSRİ-nin dağılmasıyla nəticələndi və Qorbaçov istefaya getdi.

32 ildən sonra

Yeltsin dönəmində Qorbaçov tərəfindən sıradan çıxarılmış bürokratlar və oliqarxlar öz mövqelərinə qayıda bilsələr də, Vladimir Putinin hakimiyyəti dönəmində Rusiyanın inzibati və siyasi anlayışı yenidən Sovet İtifaqının son illərinə doğru sürüşməyə başladı. İqtisadiyyatı öz əllərində saxlayan bürokratiya və oliqarxiyaya savaş açan Putin özünün liderlik etdiyi siyasi elitanı gücləndirmək səylərinə girişdi. Nəticədə Putin Rusiyada korrupsiya iqtisadiyyatı yaratdı. Bütün iqtisadi sektorları öz əllərində cəmləşdirən Kreml başçısı dövlət mülkiyyəti üzərində siyasi azlığın yüksəlişinə şərait yaradır. O, Yeltsin dövrünün talançı oliqarxlarının siyasi səltənətinə əhəmiyyətli zərbə vursa da özünə qarşı maliyyə və texniki resurslarla silahlanmış təhlükəli cəbhə yaratdı. Yəni, oliqarxları özünə qarşı çevirdi. 

Putinin gəlişilə media nəzarətə götürüldü, söz azadlığı erası başa çatdı. Müxalifət ortalıqdan təmizləndi. Çeçenistan başda olmaqla, federasiya daxilindəki bütün problemli bölgələrə nəzarət gücləndirildi. Putin siyasi ambisiyasına güc verdikcə, Rusiya iqtisadiyyatı tərsinə çevrildi. İqtisadi temp zəifləyib. İşsizlik artır. Sektorlara sərmayə yatırımı azaldığı bir dönəmdə Putin Rusiyanı Qərbin ağırlaşdırılmış sanksiyaları və özündə açıq qarşıdurma ehtimalını saxlayan əks-hücumlar qarşısında qoyub.

Mənsur Rəğbətoğlu

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений