Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Rusiya və İrandan Azərbaycana "quş qripi" təhlükəsi: Nazirlik rəsmisi danışdı



Bu gün bəzi ölkələrdə olduğu kimi İranda da "quş qripi"nin olması haqda məlumatlar yayılır. 

Maraqlıdır, İranda yayılan bu təhlükədən ölkəmiz necə qorunur?

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli Cebhe.info-ya açıqlamasında bu haqda danışıb. 

O, bildirib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB-in) son məlumatında İran İslam Respublikasında "quş qripi" xəstəliyinin olması barədə heç bir qeyd mövcud deyil:

“Hazırda “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə, respublikamızda epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Nəzarəti Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir”.

Qeyd edək ki, Rusiyanın Kostroma vilayətində də “quş qripi” virusu yayılıb. Məhz, bu səbəbdən Belarus Rusiyanın Kostroma vilayətindən quş əti idxalını dayandırıb. Həmin qərar bu gündən qüvvəyə minib.

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений