Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Rusiya və Səudiyyə Ərəbistanı nefti bahalaşdırdı



Dünya bazarında neftin qiyməti 3 faiz artıb. 

Cebhe.info xəbər verir ki, neftin bahalaşması Rusiya və Səudiyyə Ərəbistanının bazara gözləniləndən daha az neft çıxaracağı ilə bağlı yayılan xəbərlər olub. Belə ki, Bredt markalı neftin qiyməti 2.7 faiz artaraq 75.46 dollar olub. ABŞ-ın Qərbi Texas nefti isə 2.5 faiz bahalaşaraq 65.81 dollara yüksəlib. Azərbaycan neftinin qiyməti isə 1.93 faiz artaraq 75.42 dollar olub.

Qeyd edək ki, OPEC toplantısı bu həftənin cümə günü Vyanada baş tutacaq. Rusiya və Səudiyyə Ərəbistanı gündəlik neft hasilatını 1.5 milyon barel artırmağı təklif etsə də, sonradan artımın 300-600 min barel olacağı haqqında məlumatlar yayılıb.

Ekspertlər qiymət artıma səbəb kimi məhz bu amili göstərir

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений