Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Rusiyada yaşayan milyarderlərimiz... - Azərbaycan üçün nə edib? 



Məlum olduğu kimi “Forbes” jurnalı Rusiyanın ən varlı şəxslərinin siyahısını təqdim edib. Siyahıda Rusiyada yaşayan azərbaycanlı milyarderlərin adı da yer alıb. Həmvətənlərimizin sayı 5 nəfərdir. 

Siyahıda 4-cü yeri tutan azərbaycanlı milyarder Vahid Ələkbərovun sərvətinin 16,4 milyard dollar olduğu bildirilib. Zarah İliyev 36-cı, Qod Nisanov 37-ci, Araz Ağalarov 54-cü, Fərhad Əhmədov isə 69-cu yerləri tutub. Bəs, dünyada diaspora fəaliyyətinin mühüm əhəmiyyətə malik olduğu, bu yönlü təşkilatlara, ideologiyalara külli miqdarda vəsaitlərin ayrıldığı indiki dövrdə azərbaycanlı milyaderlərin diasporamız qarşısında nə kimi xidmətləri olub? Onların Azərbaycan diasporası üçün hər hansı vəsaiti xərcləməsi ilə bağlı məlumat verilməsə də, adıçəkilən şəxslərin diaspor təşkilatları ilə əlaqələri və bu sahədəki fəaliyyətlərinə görə, fəxri diplom və mükafatları mövcuddur. 

"LUKoyl" neft şirkətinin prezidenti Vahid Ələkbərovun Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında iqtisadi münasibətlərin və qarşılıqlı əlaqələrin inkişafında xüsusi xidmətləri olduğu mətbuatda yer alıb. O, 2000-ci ildə Azərbaycanın “Şöhrət”, 2005-ci ildə IV dərəcəli “Vətən qarşısında xidmətlərinə görə”, 2010-cı ildə “Şərəf” ordenlərinə layiq görülüb. Rusiyada “Daşınmaz əmlak kralları”ndan biri hesab olunan Araz Ağalarov bir zamanlar Rusiyada ən nüfuzlu diaspor təşkilatı olan Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti idi. O, Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti Şurasının üzvüdür. 2006-cı ildə Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə "Tərəqqi" medalı ilə, 2013-cü ildə isə “Şərəf” ordeni ilə təltif edilib. Fikrimizcə, milyarderlərin siyahısında sonrakı yerləri tutan Zarah İliyev və Qod Nisanovdan Azərbaycan diasporasına hər hansı bir xidmət gözləmək sadəlövhlük olar. Çünki onlar əslən yəhudidilər. Quba rayonunun “Qırmızı qəsəbə”sində doğulan Zarax İliyevin daha çox yəhudi diasporu qarşısında xidmətlərini sadalamaq olar O, Moskvada rəsmi məlumatlara görə, sayı 30 mindən artıq olan dağ yəhudilərinin həyatında aktiv rol oynayır. O, Moskva Dağ yəhudiləri icmasının sədridir. “Qırmızı qəsəbə”də Zarah İliyevlə qapı qonşu olan və biznes fəaliyyətinə birgə başlayan Qod Nisanov isə 2016-cı ildə "Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə" Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Siyahıdakı azərbaycanlılar arasında sonuncu yeri tutan Fərhad Əhmədovdur. Vaxtilə “Qazprom”-un kiçik tərəfdaşı olan "Transley Tradinq"in yaradıcısı olan Fərhad Əhmədovun adı isə rejissor Arif Qazıyevin çəkdiyi “Xarı bülbüllər” filminin sponsoru kimi çəkilir. Fərhad Əhmədovun Azərbaycan diasporu üçün xidmətləri mövzusunda danışarkən qeyd etmək yerinə düşər ki, əslən göyçaylı olan Fərhad Əhmədovun atası Teymur Əhmədovun rayonda zavod direktoru olub və iqtisadi cinayətlərdə ittiham olunaraq həbs edilib. Məhkəmə əmlakı müsadirə olunmaqla onu güllələnməyə məhkum edib. 

Xatirə Nəsirova 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений