Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Rusiyadan Qafqaza bir də NATO "cəzası"?



Xəbər verdiyimiz kimi, bu gün Belçika paytaxtında NATO-nun 29-cu sammiti başlayıb. 

Sammitdə 54 rəsmi nümayəndə heyəti iştirak edir. Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak etmək üçün dünən Belçikaya gedib.Sammitin işinə Cənubi Qafqaz ölkələrinin bütün ölkələrinin rəsmiləri qatılıb. Ermənistanın baş naziri Nikol Paşinyan da sammitdə iştirak etmək üçün Brüsseldədir. Gürcüstan da sammitdə ən yüksək nümayəndə heyəti ilə təmsil olunur. Cənubi Qafqaz ölkələri liderlərinin sammitə qatılması, həmçinin NATO-ya meyllənməsi daim rəsmi Moskvanı narahat edən faktdır. İddia olunur ki, belə bir məqamda region ölkələrinin liderlərinin sammitə qatılması Kremli yenidən qıcıqlandıra bilər. Rəsmi qurumlar olmasa da artıq bəzi siyasi ekspertlər sözügedən məsələ ilə bağlı hərəkətə keçib. Adı açıqlanmasa da bəzi siyasilər NATO-nun Cənubi Qafqaz və Şərqi Avropaya doğru irəliləməsi ilə bağlı bəyanatalar verir, Qərbin bu addımının uğursuzluğa düçar olacaqlarını qeyd edirlər. Rusiyalı ekspertlər region ölkələrinin, əsasən isə Ermənistanın yeni baş naziri Nikol Paşinyanın NATO-nun tədbirlərinə qatılmasının adekvat cavabı olacağını istisna etmirlər. 

Bəs görəsən Rusiya doğrudan da region ölkələrini, əsasən də Nikol Paşinyanı cəzalandıracaqmı?

Bu sualla politoloq Qabil Hüseynliyə müraciət etdik. Cebhe.info-ya açıqlamasında ekspert bildirdi ki, onsuzda Rusiya N. Paşinyana çox da etimad göstərmirdi. Onun sözlərinə görə, ancaq N. Paşinyan da öz bildiyini edir və indiki dövrdə Kremlin yeni baş nazirə hansı formada təzyiq edəcəyi onun qarşıdan gələn seçkiləri necə keçirməsindən asılı olacaq. Kremlin NATO sammitində iştirak edən digər region ölkələrinə qarşı atacağı addıma da toxunan Q.Hüseynli qeyd etdi ki, rəsmi Moskva qurumun sıralarının genişlənməsinin qarşısını almağa çalışır: 

"Seçkiləri keçirib qanunverici orqanda əksəriyyət təşkil etmək Paşinyana hava su kimi lazımdır. Paşinyan istədiyinə nail olsa Rusiya onun qarşısında hər hansı tələb qoya bilməyəcək. Amma təbii ki, Rusiya daima həm Ermənistana, həm də digər region ölkələrinə müqavimət göstərir. Hazırda rəsmi Moskvanın ən ümdə məqsədi NATO-nun onun sərhədlərinə doğru irəliləməsinin qarşısını almaqdır. Əslində elə proseslər var ki, ona Rusiyanın gücü çatmağa qadir deyil. Amma son zamanlar Rusiya da xeyli fəallaşıb. Hesab edirəm ki, bu ayın 14-də Helsinkidə keçiriləcək ABŞ-la Rusiya prezidentlərinin görüşü bu fonda bir çox suallara cavab tapmağa imkan verəcək. Amma hər halda NATO-nun şərqə doğru irəliləməsinin qarşısını almaq məncə Rusiya üçün çətin olmayacaq".

Cənubi Qafqazın 3 ölkəsi Azərbaycan, Gürcüstan və Ermənistanla yanaşı Ukrayna da NATO ilə çox sıx əməkdaşlıq edir və quruma üzv qaəbul olunması üçün illərdir bu istiqaəmətdə çalışır. Buna baxmayaraq ekspert hesab edir ki, Cənubi Qafqaz ölkələri ilə müayisədə Ukraynanın NATO-nun sıralarına qəbul olunma şansı çox azdır. Onun fikrincə, bu istiqamətdə rəsmi Kiyevə bütün vasitələrlə Rusiyanın mane olması ilə yanaşı Ukraynanın özü də buna tam hazır deyil: 

"Ukraynanın NATO-ya qəbul edilməsi prosesi hələ gecikəcək. Ukrayna rüşvət və korrupsiyanın əl ayağını yığışdıra bilmir. Ölkədə hökumət ənənəvi idarəetmə sistemini formalaşdıra bilmir. Buna baxmayaraq Ukrayna NATO-ya qəbul olunmağa can atır, prinsipcə Qərb ölkələri də buna razıdır. Amma bunun üçün müəyyən hazırlıq tədbirləri görülür. Müəyyən tədbirlər elə həyata keçirilməldir ki, onu NATO-ya qəbul etsinlər".

Qeyd edək ki, bu gün başlayan sammitin gedişində müttəfiqlər Skopyeni Şimali Makedoniya Respublikası adı altında NATO-nun 30-cu üzvü olmağa dəvət etmək niyyətindədir. İyulun 12-də isə Gürcüstan və Ukrayna rəhbərliyi ilə görüşdə regional çağırışlar müzakirə olunacaq.

Elmir Murad
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений