Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Rusiyalı məşhur Azərbaycan dilində danışdı - VİDEO



Rusiyalı bodibilder Aleksandr Şpak və model həyat yoldaşı İrina Meşşanskaya İsrailə istirahətə yollanıb.

Cebhe.info xəbər verir ki, "İnstagram"ın məşhur ulduzu cütlüyü Qüdsdə şəhəri gəzərkən çəkdikləri videonu sosial şəbəkədə paylaşıblar. Görüntünün maraqlı tərəfi ondan ibarətdir ki, orada azərbaycanlı qız məşhur cütlüyə yanaşaraq, onlara doğma dilimizdə "Mən səni sevirəm" - cümləsini dedirdib.

Bodibilder daha bir paylaşımında da Azərbaycandan danışıb. Daha doğrusu o, "Hazırladığım salata Azərbaycan limonu vururam" - sözlərini deyib.

Hər iki videonu Cebhe.info oxucularına təqdim etməzdən öncə məlumat üçün bildirək ki, epitaj görünüşə malik Aleksandr Şpak, nəinki Rusiyada bir çox ölkələrdə məşhurdur. Onun populyarlığı isə xarici görünüşü ilə əlaqədardır. Məşhur görünüşünü tam dəyişmək üçün frontoplastik (üzün tamamilə dəyişdirilməsi-red) əməliyyat keçirib. Ən azı 15 dəfə cərrah bıçağı altına uzanan Şpak həmçinin sinə və sağrı implontasiyası da etdirib.

Özünə köpək balığının dişlərinə bənzər diş qoyduran bodibilder bununla vampirə bənzəmək istədiyini söyləyib. Onun bədəni başdan-ayağa  döymə və "pirsinq"lə doludur.

Aytən
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений