Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Rusiyanı “bitirən” sanksiyalar: Dayandırılacaqmı?



İmkanlı rusiyalılar iqtisadi böhran və Qərbin sanksiyaları fonunda xaricdə daşınmaz əmlakın alışını sürətləndiriblər.“Cümhuriyət” qəzeti xəbər verir ki, bu barədə məlumat “KnightFrank” beynəlxalq konsaltinq şirkəti tərəfindən hazırlanan hesabatda yayımlanıb.Hesabatda bildirilir ki, 2017-ci ilin ilk 10 ayı ərzində rusiyalıların xaricdə daşınmaz əmlak sifarişləri illik müqayisədə 2 dəfə artıb.

Ən populyar istiqamətlər isə Almaniya və İtaliyadır.Üçüncü sıraya yenidən Kipr yüksəlib.Belə ki, Kipr daşınmaz əmlak sahiblərinə pasport vəd verir və bu ölkədə müxtəlif vergi güzəştləri mövcuddur.Qeyd edək ki, əgər 2016-cı ildə Kiprdə 2-50 mln.avroluq daşınmaz əmlak sifarişləri məcmu sifarişlərin 15%-ni təşkil edirdisə, bu ilin ilk 10 ayında bu göstərici 32%-ə yüksəlib. “KnightFrank” şirkətinin Xarici bazarlar üzrə Departament direktoru Marina Şalayeva bildirib ki, 2017-ci il yaşayış üçün nəzərdə tutulan daşınmaz əmlakla yanaşı Avropada hazır biznes almaq üçün tələbi 6 dəfə artırıb. Şirkətin hesabatında qeyd olunub ki, son 2 ildə rusiyalıların xaricdə əmlak almaq üçün xərclədiyi vəsaitin həcmi 38% azalaraq orta hesabla 4 mln.avro (4,7 mln. dollar) təşkil edib.

2018-ci ildən gözlənti

2017-ci ildə 2%-lik iqtisadi inkişaf gözləyən Rusiyanın bu ümidi özünü doğrultmadı.Ümid 2018-ci ilədir.Artıq Rusiya İqtisadi İnkişaf Nazirliyi gələn ilə olan proqnozlarını açıqlayıb.Hesabata əsasən, 2018-2020-ci illərdə iqtisadiyyatda 1.5%-lik böyümə olacaq. Qeyd edilir ki, 2018-ci ildə 0.8%, 2019-cu ildə 0.9%, 2020-ci ildə isə 1.5% böyümə qeydə alınacaq. Rusiyanın qarşıdakı illərdə ixracatdan 300, idxalatdan isə 220 milyard dollar qazanacağı da gözləntilər arasındadır.

Lakin ekspertlər neft dünya bazarlarında bahalaşacağı, ABŞ və Avropa İttifaqından olan iqtisadi-ticari sanksiyaların ləğv ediləcəyi halda bu gözləntilərin özünü doğruldacağını bildirirlər. Nəzərə alsaq ki, 2017-ci il üçün 2%-lik böyümə gözlənilirdi və Qərbin sanksiyaları sərtləşdirməsi nəticəsində bu, özünü doğrultmadı, bu halda da növbəti illərdən gözləntilər də istənilən nəticəni verməyə bilər.

Ukraynadan başlayan böhran

Ukrayna ərazlərindəki işğalçılıq fəaliyyətlərinə görə sərtləşdirilmiş beynəlxalq sanksiyalar qarşısında qalan Rusiya iqtisadiyyatı bir neçə ildir ki, durğunluq içindədir.Rusiya hakimiyyəti isə ABŞ və Avropa İttifaqının iqtisadi-siyasi təzyiqlərinə (sanksiyalar) baxmayaraq, hərbi birləşmələrini işğal etdiyi Ukrayna ərazilərindən (Krım və Donbas) geri çəkmək fikdindən uzaqdır.Qərb də demək olar ki, hər gün sanksiyaları bir qədər də sərtləşdirir və bu öz mənfi nəticələrini göstərir.Neftin dünya bazarlarında baha qiymətə satıldığı və sanksiyalardan əvvəlki dönəmlərdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib olan Rusiyada artıq geriləmə açıq formada hiss olunur.İqtisadi böhran Rusiyada yoxsulluğun artmasına səbəb olub, ölkə əhalisinin 13%-i (20 milyon) yoxsulluq həddində yaşayır.2017-ci ildə gözlənilən 2%-lik böyümə ehtimalı da özünü doğrultmadı.

İtirilmiş 500 milyard dollar

Sanksiyalar Rusiyanın Qərbdəki ticarət əməkdaşları ilə münasibətlərinə də mənfi təsir edib.Qərblə 80 milyardlıq ticarət həcmi 40 milyon dollaradək azalıb.Lakin rusiyalı rəsmilər sanksiyaların iqtisadiyyata mənfi təsir etmədiyini və Çinin itirilmiş Qərb bazarlarını kompensasiya etdiyini iddia edirlər.Lakin Çinlə münasibətlərdən Rusiyanın qazancı 5 milyard dollar olduğu halda, Avropa İttifaqı ilə ticari və iqtisadi əməkdaşlıqdan rusların qazancları 70 milyard avrodan çox idi.Lakin hər ay Aİ-nin sanksiyaları sərtləşdirməsinə görə Rusiya bu gəlirlərdən məhrumdur.Aİ və ABŞ-ın yenidən sanksiyaların sərtləşdirilməsini nəzərdən keçirməsi isə Rusiyanın itkilərini böyük həcmdə artıra bilər.  Son 3 il ərzində sanksiyalara görə Rusiyanın 500 milyard dollardan çox pul itirdiyi bildirilir.

Mənsur Rəğbətoğlu

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений