Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ruspərəst prezidentdən NATO qərarı: Hökumət nə deyəcək?



Moldovadakı NATO-nun ofisi bağlanacaq. Ofisin bağlanması ölkədə keçiriləcək parlament seçkisindən sonraya təsadüf edəcək. 

Cebhe.info xəbər verir ki, bu barədə prezident İqor Dodon deyib. Prezident bildirib ki, rəsmi Kişinyov hansısa hərbi blokun bir hissəsi olmaqda maraqlı deyil və bu mövqeni ölkə əhalisinin böyük hissəsi bölüşür. Dodon qeyd edib ki, Moldova Şərqlə Qərb arasında körpü rolunu oynamalı, bütün tərəflərlə dostluq etməli və maraqlarını qorumalıdır.

Xatırladaq ki, 2017-ci ildə Moldova ordusunun 57 hərbçisi NATO təlimlərində iştirak edib. Ancaq buna qədər Dodon dəfələrlə bildirib ki, hərbçilərə manevrlərdə iştirakı qadağan edib. Prezident xatırladıb ki, konstitusiyaya görə ölkə neytraldır. 

Öz növbəsində Moldova baş naziri Pavel Filip Nazirlər Kabinetinin iclasında nazirlərə müraciət edərək hərbçiləri bu təlimərə göndərməyin yollarını tapmağı tapşırıb. Rusiyapərəstliyi ilə tanınan prezident Dodon ötən ilin iyununda ölkənin NATO üzvülüyünə qarşı çıxıb: "Bu Moldova üçün müharibədir. Biz antirus olmayacağıq, bəzi mövqelərəd antiqərb olacağıq".

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений