Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Rüsumlar artırılır, müqavilələr gizlədiləcək?



Müqavilələrin təsdiqi üçün dövlət rüsumları artırılır.

Rüsumlar Bakı üzrə 25%, regionlar üzrə 50% təşkil edəcək. Bu barədə “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişiklikdən məlum olur. Belə ki, daşınmaz əmlakın və ya mülkiyyətində daşınmaz əmlak olan müəssisədəki payın özgəninkiləşdirilməsi və yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsi barədə müqavilələrin təsdiqi üçün dövlət rüsumlarının  dəyişdirilməsinə başlanıb. Müəyyən olunub ki, müqavilə üzrə əmlak başqa şəxslərin mülkiyyətinə keçirsə, rüsum Bakı şəhəri üzrə 200 manatdan 250 manata qaldırılır. Bu dövlət rüsumunun Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu üzrə 70%-i, digər regionlar üzrə isə 50%-i məbləğində ödəniləcək. Qeyd edək ki, hazırda rüsum Bakı şəhəri üzrə 200 manat, digər şəhər və rayonlarda isə 80 manatdır. 

Layihəyə əsasən müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçirsə, dövlət rüsumu 20 manat səviyyəsində saxlanılıb. Ekspertlər hesab edir ki, rüsumların bu şəkildə artırılması əslində müqavilələrin gizlədilməsinə xidmət edir. Bu isə qanun pozuntusudur. 

Maraqlıdır, rüsumların bu şəkildə artırılması nəyə xidmət edir?

Daşınmaz əmlak bazarı üzrə ekspert Ramil Osmanlı  “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, xidmət haqlarını, bu rüsumları təyin edən qurumlar var və o qurumların da sifarişlərlə bağlı müəyyən əsaslandırmaları var: “Ola bilsin ki, mövcud tariflər prosesə təkrar xərcləri ödəmədikləri halda bu tariflər dəyişir. Açığı deyim ki, bu məsələ ilə bağlı konkret fikrim mövcud deyil. Çünki o proseslərə çəkilən xərclərin nədən ibarət olduğunu və nə qədər təşkil etdiyini də bilmirəm. Ona görə də artırılma ilə bağlı iqtisadi cəhətdən əsaslandırılmış fikirlər yəqin ki, həmin qurumlar tərəfindən açıqlanmalıdır. Ya xidmət, ya da Tarif Şurası tərəfindən açıqlansa daha məqsədəuyğun olar”.

Ekspert qeyd edib ki, rüsumların artırılmasının müqavilələrin gizlədilməsinə xidmət etməsi inandırıcı deyil: “Bəzi müqavilələr ola bilsin ki, gizlədilir. Amma müqavilələrin gizlədilməsinə görə xidmət haqlarının artırılması bir qədər real fikir deyil”.

Alçina Amilqızi

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений