Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Saakaşvilidən səs nümunəsi götürüləcək



Ukrayna Baş Prokurorluğu ı Gürcüstanın eks-prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilidən səs nümunələri götürmək üçün Hollandiyanın hüquq-mühafizə orqanlarına müraciət edib. 

Cebhe.info-nun məlumatına görə, belə bir açıqlama ilə baş prokurorun müavini Yevgeni Yenin  çıxış edib. 

“Bir neçə gün öncə biz beynəlxalq hüquqa uyğun olaraq, Hollandiya orqanlarını Saakaşvilinin səslərindən nümunələr götürməyə dəvət etmişik.  Hollandiya tərəfi bu müraciəti yerinə yetirməkdə sərbəstdir. Əgər Saakaşvili səs  nümunəsi verməkdən imtina edərsə, bu, növbəti dəfə onun hüquq-mühafizə orqanları ilə əməkdaşlığa hazır olması barədə mifi  gözdən salacaq”,-Yenin belə deyib. 

Müşfiq Abdulla

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений